AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Azərbaycan Prezidenti kimi andiçmə mərasimi münasibətilə hərarətli və səmimi təbriklərimi Sizə çatdırmaq istəyirəm. Ölkənizin xalqına sadiqliyiniz, yüksək təhsil və bilik səviyyəniz, idarəçilik qabiliyyətiniz kifayət qədər bəllidir və mən əminəm ki, Siz Azərbaycan Respublikasını daha böyük tərəqqiyə və təhlükəsizliyə doğru aparacaqsınız.
Ümidvaram ki, Azərbaycandakı sürətli dəyişikliklər prosesində rəhbərlik etdiyiniz siyasətçilər Azərbaycanın özünəməxsus xüsusiyyətini itirməyə imkan verməyəcəklər. Bazar iqtisadiyyatının, demokratikləşmənin və qanunun aliliyinin möhkəmləndirilməsini həyata keçirərək, Azərbaycanın özünəməxsus həyat tərzinin, onun mədəniyyətinin, adət-ənənələrinin və dəyərlərinin qorunması vacibdir. Qərbdə olan hər şey götürülüb həyata keçirilməməlidir və Azərbaycan ailənin və qonşuların, eləcə də təhsilin daim qayğısına qalmaq mədəniyyətini Qərbə öyrədə bilər.
Siz peşəkar rəhbərlik etmək qabiliyyətinizi müxtəlif forumlarda nümayiş etdirmisiniz və mən bilirəm ki, Azərbaycanın üzləşdiyi çağırışlar Sizə bəllidir və Siz onları səmərəli şəkildə həll etmək məqsədi ilə uzunmüddətli strategiyanı həyata keçirəcəksiniz. Sizin Prezident seçilməyinizdən sonra hökumətiniz tərəfindən başlanmış bir sıra işlər mənə çox böyük təəssürat bağışladı və bu işlər, öz siyasi baxışlarından asılı olmayaraq, Azərbaycan cəmiyyətində bütün sahələrdə istedadlı insanlardan istifadə etmək arzusunda olduğunuzu və həqiqətən təqdirəlayiq siyasəti nümayiş etdirir.
Hörmətlə,
Doktor Brenda Şaffer,
Harvard Universitetinin
“Kaspian Stadiz” proqramının
tədqiqatlar üzrə direktoru.