AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
İcazə verin, dövlət başçısının seçkilərində qələbəniz və Azərbaycanın yeni Prezidenti seçilməyiniz münasibətilə Sizi Ulyanovsk İcra Hakimiyyəti adından və şəxsən öz adımdan təbrik edim.
Əminəm ki, Siz ölkəyə on il ərzində uğurla rəhbərlik etmiş atanızın – Prezident Heydər Əliyevin işini şərəflə davam etdirəcəksiniz, ənənələrin və öncül istiqamətlərin varisliyi isə Azərbaycanın daha da inkişaf etməsinin və irəliləməsinin dayağı olacaqdır.
Ulyanovskın rəhbərliyi Azərbaycanla Rusiya arasında dostluq münasibətlərinin möhkəmlənməsinə kömək etməyi ürəkdən arzulayır. Ulyanovskdakı Azərbaycan diasporunun nümayəndələri şəhərin tarixinin ayrılmaz tərkib hissəsidir, regionumuzda iqtisadiyyat və biznesin bir çox sahələrinin inkişafına sanballı töhfə verirlər.
Sizə yeni məsul vəzifədə uğurlar, bütün Azərbaycan vətəndaşlarına isə möhkəm cansağlığı, xoşbəxtlik və firavanlıq diləyirəm. Qoy, Rusiya ilə Azərbaycan arasında əməkdaşlıq, iqtisadi və mədəni əlaqələr, dostluq və qarşılıqlı yardım inkişaf etsin və möhkəmlənsin!
Hörmətlə,
Pavel Romanenko,
Ulyanovsk şəhərinin meri.