Azərbaycan şahmatçısı beynəlxalq “Çiqorin memorialı” festivalında iştirak edir
Bakı, 1 oktyabr, AZƏRTAC
Sabah Sankt-Peterburqdakı “Park” otelində XXII Mixail Çiqorin şahmat memorialı başlanır.
AZƏRTAC xəbər verir ki, bu ənənəvi beynəlxalq turnirin birinci günü İsveçrə sistemi üzrə 13 turdan ibarət blits-turnirlə başlanacaq. Oktyabrın 3-dən 11-dək keçiriləcək klassik şahmat üzrə turnir Rusiya kubokunun bir mərhələsidir. 400-dən çox şahmatçı, o cümlədən 36 qrossmeyster bu turnirdə iştirak etmək arzusunu bildirib.
Beynəlxalq turnirdə Azərbaycanı FİDE ustası 16 yaşlı Aydan Höcətova (2315) təmsil edir.
Rusiyada şahmatın banisi sayılan Mixail Çiqorinin xatirəsinə həsr edilmiş turnirin qalibləri oktyabrın 11-də elan olunacaq.
“Çiqorin memorialı” beynəlxalq festivalı bu gün “Open” kateqoriyasında ən kütləvi illik şahmat turniridir. Builki turnirdə növbəti rekord qeydə alınıb - 30-a yaxın ölkədən 404 şahmatçı gəlib. Burada ustalar və təcrübəsizlər, kişilər və qadınlar, veteranlar və gənclər - hamısı bir zalda çıxış edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.10.2026 [21:31]
“Neftçi”nin baş məşqçisi: Artıq “Qarabağ” və “Sabah”dan çəkinmirik
- 17.10.2026 [20:54]
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
- 17.10.2026 [20:45]
PFL "Qarabağ”ı və “Neftçi”ni 1000-ci oyunlarına görə mükafatlandırıb
- 17.10.2026 [19:32]
"Borussiya Dortmund" "Sabah"la oyundan öncə Bundesliqada xal itirib
- 17.10.2026 [15:45]
Uğursuz nəticədən sonra "Gəncə" baş məşqçi ilə müqaviləyə xitam verib
- 17.10.2026 [12:21]
Azərbaycan AirBadminton üzrə Avropa çempionatında bürünc medal qazanıb
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:01]
Birjalarda neft bahalaşıb
- [10:44]
Qızıl və gümüş bahalaşıb
- [10:42]
Bu gün Füzuli Şəhəri Günüdür
- [08:30]
YAP İdarə Heyətinin iclası olub
- [01:05]
Tramp: ABŞ-nin İranla müharibəsi gözləniləndən daha tez başa çatacaq
- 16.10.2026 [23:51]
Qazaxda qarşıda duran əsas vəzifələr müzakirə edilib
- 16.10.2026 [23:39]
Azərbaycanın mina probleminə dair bu dəfə Xorvatiyada aksiya təşkil olunub
- 16.10.2026 [23:18]
Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində üç bürünc medal qazanıb
- 16.10.2026 [22:43]
Britaniya ordusunun rəhbəri müharibə təhlükəsi ilə bağlı xəbərdarlıq edib
- 16.10.2026 [21:56]