Azərbaycan şairələrinin əlyazmalarının videosərgisi hazırlanıb
Bakı, 29 aprel, AZƏRTAC
AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun əməkdaşları məlum səbəblərdən sosial təcrid dövründə yaradıcılıqlarını evdə qalaraq davam etdirirlər. Elmi müəssisənin Beynəlxalq əlaqələr şöbəsi institutda saxlanılan əlyazmalar əsasında videoslayd hazırlayıb.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, videosərgi Azərbaycan şairələri Ağabəyim ağa, Məhsəti Gəncəvi, Xurşidbanu Natəvan, Fatma Kəminə, Xanbikə, Mirvarid Dilbazi, Hökumə Billuri, Mədinə Gülgün, yazıçı Əzizə Cəfərzadə və onların əlyazmalarına həsr olunub.