AZƏRBAYCAN SƏFİRİ İRAN TƏHLÜKƏSİZLİK NAZİRİNİN BİRİNCİ MÜAVİNİ İLƏ GÖRÜŞMÜŞDÜR
Azərbaycanın İrandakı fövqəladə və səlaiyyətli səfiri Abbasəli Həsənov avqustun 15-də İran təhlükəsizlik nazirinin birinci müavini Əkbərianla görüşmüşdür.
Görüşdə Azərbaycan Milli Təhlükəsizlik Naziri Namiq Abbasovun yaxın gələcəkdə İrana səfərinə və iki ölkə arasında təhlükəsizliyə dair məsələlər müzakirə edilmişdir. Tərəflər bu sahədə əməkdaşlığın qurulmasının digər sahələrdə əlaqələrə müsbət təsir göstərəcəyinə əmin olduqlarını vurğulamışlar.
Görüşdə bu il iyulun 16-19-da Respublika Milli Təhlükəsizlik nazirinin müavini - Sərhəd Qoşunları komandanı Elçin Quliyevin İrana, İran Milli Təhlükəsizlik Şurasının katibi Həsən Ruhaninin isə iyul ayının 19-21-də Azərbaycana rəsmi səfərlərindən də söhbət açılmışdır.
Üzeyir Kərimov
AZƏRTAC-ın xüsusi müxbiri
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.09.2026 [13:38]
Nazir: TRIPP-lə bağlı danışıqlar uğurla davam etdirilir VİDEO
- 09.09.2026 [11:42]
Sahibə Qafarova: Beynəlxalq sazişlər prosesin yalnız başlanğıcıdır
- 09.09.2026 [11:25]
BMT-də beynəlxalq parlament diplomatiyasının əhəmiyyətindən danışılıb
- 08.09.2026 [22:26]