AZƏRBAYCAN–TÜRKMƏNİSTAN BİZNES-FORUMU KEÇİRİLƏCƏKDİR
Xəzər İnteqrasiya İşgüzar Klubunun (CİBC) mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, qurumun prezidenti və baş icraçı direktoru Telman Əliyev Türkmənistanda biznes-forumda iştirak edəcəkdir.
İyunun 15-17-də Aşqabadda keçiriləcək Azərbaycan-Türkmənistan biznes-forumu Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin dəstəyi ilə Türkmənistan Ticarət-Sənaye Palatası və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) tərəfindən təşkil edilmişdir.
Forumda ölkəmizi 20-dən çox şirkətin təmsil edəcəyini bildirən AZPROMO-nun prezidenti Emil Məcidov demişdir: “Biz şadıq ki, Azərbaycanın bu tədbiri keçirmək təşəbbüsünə Türkmənistan tərəfi müsbət cavab vermişdir”. Biznes-forumun yekunlarına əsasən, iki ölkənin biznesmenləri arasında bir sıra müqavilələrin imzalanması gözlənilir.
Forumda müxtəlif, o cümlədən tikinti, emal, avadanlıq, turizm, maliyyə sahələri ilə bağlı layihələr müzakirə olunacaqdır. E.Məcidov vurğulamışdır ki, bütün bu sahələr xarici sərmayələr üçün kifayət qədər cəlbedicidir. Bu biznes-forum Azərbaycanın və Türkmənistanın iqtisadiyyatlarının yaxınlaşmasına təkan verəcəkdir”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [18:02]
® Bakıda “Force of Love 2026” yay festivalı keçirilib
- 10.06.2026 [17:38]
® “Birbank”dan yenilik: 73 yaşadək təqaüdçülər kredit əldə edə biləcəklər
- 10.06.2026 [17:12]
Energetika naziri vətəndaşların müraciətlərini dinləyib
- 10.06.2026 [15:54]
Ötən il qlobal mayeləşdirmə və yenidən qazlaşdırma gücü artıb - HESABAT
- 10.06.2026 [15:22]