İDMAN
Azərbaycan UEFA reytinqində 2022/2023-cü il mövsümü üçün xal ehtiyatını yenidən artırıb
Bakı, 29 iyul, AZƏRTAC
Azərbaycan UEFA reytinqində 2022/2023-cü il mövsümü üçün xal ehtiyatını yenidən artırıb.
AZƏRTAC xəbər verir ki, bu, UEFA Konfrans Liqasının ikinci təsnifat mərhələsinin cavab oyunlarında “Qəbələ” və “Neftçi”nin evdə müvafiq olaraq, Macarıstanın “Fehervar” (2:1) və Kiprin “Aris” klublarına (3:0) qalib gəlməsi, “Zirə”nin isə İsraildə "Makkabi" (Təl-Əviv) klubu ilə qolsuz heç-heçəsi sayəsində mümkün olub. Üç komanda birlikdə ölkəmizin aktivinə daha 0,625 xal gətirib.
Azərbaycan bu mövsüm üzrə xal sayını 1,25-ə, son 5 mövsümdə isə 13,875-ə çatdırmasına baxmayaraq, 29-cu pillədə qalıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [15:23]
Azərbaycan parakarateçiləri Avropa çempionatında iştirak edəcəklər
- 07.05.2024 [13:38]
Faiq Qarayev: İstəyim odur ki, voleybol Azərbaycanda öz yerini tapsın
- 07.05.2024 [12:11]