AZƏRBAYCAN VƏ MOLDOVA HÖKUMƏTLƏRİ ARASINDA ƏMƏKDAŞLIQ HAQQINDA SAZİŞLƏR İMZALANMIŞDIR
AZƏRTAC xəbər verir ki, aprelin 23-də Nazirlər Kabinetində Azərbaycan və Moldova hökumətləri arasında əməkdaşlıq haqqında sazişlərin imzalanma mərasimi olmuşdur.
“Azərbaycan Respublikası Hökuməti ilə Moldova Respublikası Hökuməti arasında yanacaq-energetika kompleksi sahəsində əməkdaşlıq haqqında saziş”i Azərbaycan tərəfdən Baş nazirin birinci müavini Yaqub Eyyubov, Moldova tərəfdən Baş nazirin birinci müavini, iqtisadiyyat və ticarət naziri İqor Dodon, “Azərbaycan Respublikası Hökuməti ilə Moldova Respublikası Hökuməti arasında sənaye mülkiyyətinin qorunması sahəsində əməkdaşlıq haqqında saziş”i Azərbaycan tərəfdən Baş nazirin birinci müavini Yaqub Eyyubov, Moldova tərəfdən Baş nazirin müavini, xarici işlər və Avropaya inteqrasiya naziri Andrey Stratan, “Azərbaycan Respublikası Hökuməti ilə Moldova Respublikası Hökuməti arasında vergi hüquq pozuntuları ilə mübarizə sahəsində əməkdaşlıq və informasiya mübadiləsi haqqında saziş”i Azərbaycan tərəfdən vergilər naziri Fazil Məmmədov, Moldova tərəfdən İqtisadi Cinayətkarlıq və Korrupsiya ilə Mübarizə Mərkəzinin baş direktoru Serjiu Kuşkuse imzaladılar.
######
