Azərbaycan və Qırğızıstan biznesləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edilib
Bakı, 12 oktyabr, AZƏRTAC
Bişkek şəhərində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov və Qırğızıstanın Ticarət və Sənaye Palatasının prezidenti Marat Şarşekeyev arasında görüş keçirilib.
KOBİA-dan AZƏRTAC-a bildirilib ki, görüşdə Agentlik və Palata arasında imzalanmış memorandum çərçivəsində KOB-lara dəstək sahəsində əlaqələrin inkişaf etdirilməsi, təcrübə mübadiləsi, Azərbaycan və Qırğızıstan biznesləri arasında əməkdaşlığın genişləndirilməsi üçün gələcək fəaliyyət istiqamətləri müzakirə olunub.