Azərbaycan yenidən beynəlxalq şahmat turnirinə ev sahibliyi edəcək
Bakı, 21 sentyabr, AZƏRTAC
Sentyabrın 30-da Azərbaycanın paytaxtında “Baku Open-2015” ənənəvi beynəlxalq şahmat festivalı çərçivəsində “A” turniri başlanacaq.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsinin 24-cü ildönümünə həsr olunacaq turnirdə iştirak etmək üçün bu günədək 13 ölkədən 40 şahmatçı, o cümlədən 16 qrossmeyster müraciət edib. “A” əsas turnirində azərbaycanlı şahmatçılardan qrossmeysterlər Vüqar Rəsulov, Sərxan Quliyev, Günay Məmmədzadə, beynəlxalq ustalar Loğman Quliyev, Bəhruz Rzayev, Nicat Ağayev, Orxan Abdulov, Talıb Babayev, Kənan Heydərli, Səbinə Quliyeva və başqaları iştirak edəcəklər.
Yarışların reytinq favoriti Başkaran Adxibandır (2674 xal). Bununla yanaşı, 11 nəfərin reytinqi 2500 xaldan yüksəkdir, daha 13 nəfər isə 2400-2500 reytinq xalı göstəricisi arasında qərarlaşıb.
“Baku Open-2015” beynəlxalq turniri İsveçrə sistemi üzrə 9 turda keçiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.10.2026 [23:28]
Şahruddin Məhəmmədəliyev: 3:1-dən sonra da nəticəni dəyişəcəyimizə inanırdıq
- 17.10.2026 [22:55]
Bundesliqa: “Bavariya” öz meydanında “Leypsiq”i darmadağın edib
- 17.10.2026 [21:59]
Azərbaycan FIFA U-15 Dünya Çempionatı və Festivalına hazırlaşır VİDEO
- 17.10.2026 [21:39]
Qurban Qurbanov: “Neftçi” və “Sabah” fərqli səviyyəyə yüksəlib
- 17.10.2026 [21:31]
“Neftçi”nin baş məşqçisi: Artıq “Qarabağ” və “Sabah”dan çəkinmirik
- 17.10.2026 [20:54]
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
- 17.10.2026 [20:45]
PFL "Qarabağ”ı və “Neftçi”ni 1000-ci oyunlarına görə mükafatlandırıb
- 17.10.2026 [19:32]
"Borussiya Dortmund" "Sabah"la oyundan öncə Bundesliqada xal itirib
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:01]
Birjalarda neft bahalaşıb
- [10:44]
Qızıl və gümüş bahalaşıb
- [10:42]
Bu gün Füzuli Şəhəri Günüdür
- [08:30]
YAP İdarə Heyətinin iclası olub
- [01:05]