AZƏRBAYCANDA 290 DİNİ İCMA DÖVLƏT QEYDİYYATINDAN KEÇMİŞDİR
Azərbaycanda 290 dini icma dövlət qeydiyyatından keçmişdir. Onlardan 27-si yəhudi, xristian, krişnaçı, bəhai və digərlərinə aiddir. Bu icmaların tərəfdarlarının ümumi sayı 3 min 500 nəfərdən çox deyildir. Hazırda ölkədə 1300-ə yaxın məscid, 40-dan artıq kilsə, sinaqoq və ibadət evləri, ərazidə məskunlaşmış xalqların dini keçmişi ilə bağlı 500-dən çox müqəddəs ocaq mövcuddur.