Azərbaycanda daha bir nadir cərrahiyyə əməliyyatı aparılıb
Bakı, 16 iyul (AZƏRTAC). Səhiyyə Nazirliyinin Mərkəzi Neftçilər Xəstəxanasında ölkəmizdə ilk dəfə daha bir nadir cərrahiyyə əməliyyatı icra edilib.
AZƏRTAC xəbər verir ki, “ağciyər törəməsi” diaqnozu ilə xəstəxanaya müraciət edən 56 yaşlı pasiyent Mirim Əsədovun üzərində ağciyərin bir payının endoskopik yolla çıxarılması əməliyyatı aparılıb. Xəstənin ağciyərinin alt hissəsindəki törəmə götürüldükdən sonra ətraf limfa düyünləri də təmizlənib.
Həkimlər bildiriblər ki, klassik cərrahiyyə üsulu ilə xəstənin döş qəfəsi 15-20 santimetr açılaraq 5-6 saat ərzində əməliyyat aparılırdı. Endoskopik yolla aparılan cərrahiyyə əməliyyatında isə xəstənin döş qəfəsi açılmır və xəstə 5-6 ay ərzində yaranın sağalmasından əziyyət çəkmir.
Dörd saatdan artıq davam edən əməliyyat yerli mütəxəssislərin iştirakı ilə aparılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]
ÜST bir çox ölkədə COVID-19-un davamlı olması barədə xəbərdarlıq edib
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:01]
Birjalarda neft bahalaşıb
- [10:44]
Qızıl və gümüş bahalaşıb
- [10:42]
Bu gün Füzuli Şəhəri Günüdür
- [08:30]
YAP İdarə Heyətinin iclası olub
- [01:05]
Tramp: ABŞ-nin İranla müharibəsi gözləniləndən daha tez başa çatacaq
- 16.10.2026 [23:51]
Qazaxda qarşıda duran əsas vəzifələr müzakirə edilib
- 16.10.2026 [23:39]
Azərbaycanın mina probleminə dair bu dəfə Xorvatiyada aksiya təşkil olunub
- 16.10.2026 [23:18]
Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində üç bürünc medal qazanıb
- 16.10.2026 [22:43]