Azərbaycanda hepatit B virusunun vaxtında aşkarlanması məqsədi ilə əhalinin pulsuz müayinəsi keçiriləcəkdir
Bakı, 31 may (AZƏRTAC). İyunun 1-dən etibarən Respublika Diaqnostika Mərkəzində bir ay ərzində hepatit B virusunun vaxtında aşkarlanması məqsədi ilə əhali üçün pulsuz laborator analizlər təşkil olunacaqdır.
AZƏRTAC xəbər verir ki, bu barədə Respublika Diaqnostika Mərkəzinin baş həkimi Rauf Ağayev jurnalistlərə müsahibəsində məlumat vermişdir.
Baş həkim bildirmişdir ki, bu, çox vacib tədbirdir. Dünyada yüz milyonlarla insan bu xəstəliyə yoluxmuşdur. Bu xəstəliyə qarşı vaxtında görülən profilaktik tədbirlər, düzgün diaqnozun qoyulması ümumi xəstəliyin müalicəsində böyük rol oynayır.
R.Ağayev bildirmişdir ki, müayinələr zamanı hər hansı şəxsdə hepatit virusu aşkarlanarsa, mütəxəssislər tərəfindən lazımi konsultasiyalar keçiriləcəkdir. Mərkəzdə virusa qarşı vaksinasiya aparılacaq ki, bu da yarım il ərzində həmin şəxsi hepatit B-dən azad edəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]
ÜST bir çox ölkədə COVID-19-un davamlı olması barədə xəbərdarlıq edib
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:01]
Birjalarda neft bahalaşıb
- [10:44]
Qızıl və gümüş bahalaşıb
- [10:42]
Bu gün Füzuli Şəhəri Günüdür
- [08:30]
YAP İdarə Heyətinin iclası olub
- [01:05]
Tramp: ABŞ-nin İranla müharibəsi gözləniləndən daha tez başa çatacaq
- 16.10.2026 [23:51]
Qazaxda qarşıda duran əsas vəzifələr müzakirə edilib
- 16.10.2026 [23:39]
Azərbaycanın mina probleminə dair bu dəfə Xorvatiyada aksiya təşkil olunub
- 16.10.2026 [23:18]
Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində üç bürünc medal qazanıb
- 16.10.2026 [22:43]