Azərbaycanda ilk dəfə kəskin insult xəstəsinin beyin damarının trombu çıxarılmışdır
Bakı, 8 iyul (AZƏRTAC). Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasında ilk dəfə kəskin insult xəstəsinin beyin damarının trombu çıxarılmışdır.
Bu barədə AZƏRTAC-a ATU-nun mətbuat xidmətindən məlumat verilmişdir.
Məlumata görə, üç saat ərzində sol qol və ayağını hərəkət etdirə bilməyən 36 yaşlı qadın xəstənin klinikada nevroloji dəyərləndirilməsi zamanı həkimlər beynin sağ tərəfində ciddi insultdan şübhələnmişlər. Tomoqrafiya zamanı bu diaqnoz təsdiqlənmişdir. Sağ daxili yuxu arteriyasının 100 faiz tromblaşdığı məlum olmuşdur. Klinikanın həkimləri beyin damarlarında trombun çıxarılması əməliyyatını uğurla həyata keçirmişlər.
Saat yarım davam edən əməliyyat kardioloq-artitmoloq, dosent Fərid Əliyev və invaziv-radioloq Ağakişi Yəhyayev tərəfindən icra olunmuşdur.
Xəstə artıq reanimasiya şöbəsindən çıxarılmışdır, vəziyyəti stabildir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]
ÜST bir çox ölkədə COVID-19-un davamlı olması barədə xəbərdarlıq edib
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:01]
Birjalarda neft bahalaşıb
- [10:44]
Qızıl və gümüş bahalaşıb
- [10:42]
Bu gün Füzuli Şəhəri Günüdür
- [08:30]
YAP İdarə Heyətinin iclası olub
- [01:05]
Tramp: ABŞ-nin İranla müharibəsi gözləniləndən daha tez başa çatacaq
- 16.10.2026 [23:51]
Qazaxda qarşıda duran əsas vəzifələr müzakirə edilib
- 16.10.2026 [23:39]
Azərbaycanın mina probleminə dair bu dəfə Xorvatiyada aksiya təşkil olunub
- 16.10.2026 [23:18]
Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində üç bürünc medal qazanıb
- 16.10.2026 [22:43]
Britaniya ordusunun rəhbəri müharibə təhlükəsi ilə bağlı xəbərdarlıq edib
- 16.10.2026 [21:56]