SİYASƏT
Azərbaycanda məhkəmə-hüquq islahatları ümummilli lider Heydər Əliyevin xidmətləridir
Bakı, 12 dekabr (AZƏRTAC). Ulu Öndərin ideyaları və işləri həmişə Azərbaycan xalqının firavanlığına yönəlmişdi. Məhz onun məqsədyönlü siyasəti sayəsində dünya Azərbaycan adlı bir ölkənin mövcud olmasından, bu ölkənin dəyərlərindən xəbər tutdu. Müasir Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyev qətiyyətli, ləyaqətli, dünya miqyasında tanınmış, xalqı öz arxasınca aparmağa qabil olan dahi lider idi.
Bakı Apelyasiya Məhkəməsini hakimi Nurəddin Mustafayev bu fikirləri AZƏRTAC-a verdiyi müsahibədə söyləmişdir. O qeyd etmişdir ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin rəhbərliyi və bilavasitə iştirakı ilə ölkəmizdə aparılmış məhkəmə-hüquq islahatı nəticəsində üçpilləli məhkəmə sistemi - birinci instansiya, apelyasiya və kasasiya məhkəmələri yaradılmışdır.