DÜNYA
Kris Hemsvord Hollivudun Şöhrət xiyabanında “ulduza” layiq görülüb
Bakı, 25 may, AZƏRTAC
Məşhur “Marvel” franşizasında Tora rolunu ifa edən Kris Hemsvord Hollivudun Şərəf xiyabanında ulduza layiq görülüb. Aktyor öz “ulduzunu” “Furiosa: Sərsəm Maksın xronikaları” filminin premyerasına bir gün qalmış alıb. Filmin yaradıcısı Corc Miller də aktrisa Ana Teylor-Coy ilə birlikdə Hemsvordu təbrik etməyə gəlib.
AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, aktyoru dəstəkləməyə onun valideynləri, həyat yoldaşı Elza Pataki və övladları - 12 yaşlı qızı İndia və 10 yaşlı oğulları Saşa və Tristan gəliblər. Hemsvordun uzun müddətdir “Qisasçılar” filmində rol aldığı kiçik Robert Dauni mükafatlandırma mərasimində çıxışı ilə hadisəni qeyd edib. Aktyor Hemsvordu tanıdığı ən gözəl insanlardan biri adlandırıb.
Hemsvord əslən Avstraliyadandır. O, Los-Ancelesə ilk dəfə köçəndə, aktyorluq üzrə müsahibələrə və görüşlərə gedərkən Şöhrət xiyabanında olan saysız-hesabsız “ulduzların” arasından keçib: “Mən maşınla keçərkən, bəlkə nə vaxtsa buna layiq görülərəm deyə düşünürdüm. Amma bu, inanılmaz dərəcədə uzaq, bir qədər də inanılmaz yuxu idi. Düzünü desəm, özümü hələ də bir az xəyalpərəst hiss edirəm”.
Hazırda Kris Hemsvordu “Furiosa: Sərsəm Maksın xronikaları” filmində cinayətkar Dementus rolunda görmək olar. “Ulduzların” mükafatlandırılması mərasimi onun müntəzəm olaraq ikona və əfsanə adlandırdığı həmyerlisi Corc Miller ilə birlikdə işlədiyi filmlə bağlıdır.
Aktyor “Transformers One” cizgi filminin səs ifasında da iştirak edib və “Crime 101” filmində çəkilməyə namizəddir.