BTQ-nin modernləşdirilmiş marşrutu ilə ilk yük qatarı Qarsa çatıb
Ankara, 25 may, AZƏRTAC
Azərbaycandan ilk yük qatarı modernləşdirilmiş Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xətti ilə mayın 25-də səhər saatlarında Türkiyə ərazisinə daxil olub.
AZƏRTAC xəbər verir ki, qatar 20 konteynerə yüklənmiş 632 ton plastik xammalı Bakıdan Qarsa çatdırıb.
Yerli vaxtla saat 04.50-də Qars stansiyasına çatan qatar oradan müvafiq gömrük prosedurlarından sonra Qars logistika mərkəzinə aparılıb.
BTQ dəmir yolunun Gürcüstan hissəsinin 184 kilometrlik hissəsinin modernləşdirilməsi və genişləndirilməsi üzrə işlər 2023-cü ilin may ayından aparılır və bu il mayın 20-də başa çatıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.06.2026 [11:52]
Dəmir zavodu layihəsinin əsas mərhələlərindən biri uğurla tamamlanıb VİDEO
- 05.06.2026 [11:50]
® ABB-dən kiçik sahibkarlara böyük imkanlar yaradan biznes kartı
- 05.06.2026 [11:48]
Mayda enerji qiymətləri indeksi 5,4 faiz azalıb - HESABAT
- 05.06.2026 [11:41]