CƏMİYYƏT
Moskvada azərbaycanlı hərbi pilot Züleyxa Seyidməmmədovaya həsr olunmuş tədbir keçirilib
![](/files/galleryphoto/2024/2/1200x630/17165712705563720203_1200x630.jpg)
![](/files/galleryphoto/2024/2/1200x630/17165712704540445444_1200x630.jpg)
![](/files/galleryphoto/2024/2/1200x630/1716571270303305255_1200x630.jpg)
![](/files/galleryphoto/2024/2/1200x630/1716571270171014202_1200x630.jpg)
![](/files/galleryphoto/2024/2/1200x630/1716571270134901291_1200x630.jpg)
![](/files/galleryphoto/2024/2/1200x630/17165712705563516782_1200x630.jpg)
Moskva, 25 may, AZƏRTAC
“İki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunlarının generalı Həzi Aslanov adına Böyük Qələbə Varisləri Assosiasiyası” regional ictimai birliyi II Dünya Müharibəsi veteranı, Stalinqrad və Kursk döyüşlərinin, Korsun-Şevçenko əməliyyatının iştirakçısı, kapitan rütbəli ilk azərbaycanlı hərbi qadın pilot, sovet ictimai və dövlət xadimi Züleyxa Seyidməmmədovaya həsr olunmuş tədbir keçirib.
AZƏRTAC xəbər verir ki, tədbirdə müharibə veteranları, tanınmış ictimai-siyasi xadimlər iştirak ediblər.
Tədbiri General Həzi Aslanov adına Böyük Qələbə Varisləri Assosiasiyasının sədri Əli Kazımov açaraq Azərbaycan xalqının igid qızının həyat və fəaliyyətindən danışıb.
Qəhrəman pilota həsr olunmuş videoçarx nümayiş etdirilib.
Tədbirdə, həmçinin, regional ictimai birlik sədrinin müavini İrina Silina, iştirakçılara video zəng vasitəsilə müraciət edən Azərbaycan Mülki Aviasiya Muzeyinin əməkdaşı Rubabə Abıyeva, müharibə veteranı İvan Lıtkin çıxış ediblər. Onlar faşizm üzərində Qələbənin bütün çoxmillətli sovet xalqının qəhrəmanlığı sayəsində əldə edildiyini xüsusi qeyd ediblər.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva