"Sabah"ın kapitanı: Çempion olmaqla qarşıya qoyulan hədəfə çatdıq
Bakı, 25 may, AZƏRTAC
"Mövsüm bizim üçün uğurlu keçdi. Qarşıya qoyulan hədəfə çatdıq. Rəqib "Xəzri" komandası da meydanda sonadək mübarizə apardı. Onları yaxşı oyun münasibətilə təbrik edirəm".
Bu sözləri AZƏRTAC-a açıqlamasında "Sabah" basketbol komandasının kapitanı Endər Poladxanlı final seriyasının dördüncü oyununda "Xəzri"yə qalib gələrək ardıcıl ikinci mövsüm Azərbaycan çempionu olmaları barədə danışarkən deyib.
O, kubokda mübarizəni dayandırdıqdan sonra bütün diqqəti ölkə çempionatına yönəltdiklərini bildirib: "Kuboku da qazanmaq istəyirdik, lakin buna nail ola bilmədik. Ona görə əlimizdən gələni edib ölkə çempionu olmalı idik. Bunu da bacardıq. Rəhbərliyi, məşqçilərimi və komanda yoldaşlarımı təbrik edirəm. Onların əziyyəti sayəsində birinci olduq".
26 yaşlı oyunçu komandasının gələcək hədəflərindən də söz açıb: "Hələ növbəti mövsümdə nələrin olacağını bilmirik. Hər şey rəhbərliyin qərarından asılı olacaq. Avrokuboklarda hansı turnirdə Azərbaycanı təmsil edəcəyimiz barədə də nəsə demək çətindir".
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.10.2026 [17:15]
Azərbaycan Basketbol Liqasında daha bir oyun keçirilib
- 10.10.2026 [16:18]
Avropa Ağırlıqqaldırma Federasiyasının prezidenti Bakıya gəlib
- 10.10.2026 [14:52]
Dünya çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib
- 10.10.2026 [14:44]
Maks Ferstappen Sinqapur Qran-Prisində sprint yarışının qalibi olub
- 10.10.2026 [14:23]
III Beynəlxalq Xankəndi Ultramarafonunda üçüncü mərhələyə yekun vurulub
- 10.10.2026 [13:21]
Antoniu Silva: Bakı su idman növlərinin xəritəsində öz yerini tutur
- 10.10.2026 [11:39]
Azərbaycanın 5 boksçusu Avropa çempionatının finalına yüksəlib
Bu saata olan əsas xəbərlər
- [12:01]
“Qalatasaray” növbəti qələbəsini qazanıb
- 09.10.2026 [23:30]
Yaşıl Gəncə Platforması: Ekoloji problemlərdən birgə həll yollarına
- 09.10.2026 [23:18]
Bakıda beynəlxalq tanqo marafonu
- 09.10.2026 [23:00]