Azərbaycanda şəkərli diabet xəstələrinin müalicəsində pompalar tətbiq olunacaqdır
Bakı, 8 iyul (AZƏRTAC). Azərbaycanda ilk dəfə şəkərli diabetdən əziyyət çəkən uşaqlara insulinin vurulmasında xüsusi cihazlardan -pompalardan istifadə olunacaqdır.
Diabetli uşaqların müalicəsində əvəzsiz olan bu cihazlar Səhiyyə Nazirliyi tərəfindən dövlət hesabına alınaraq Respublika Endokrinoloji Mərkəzinə təqdim olunmuşdur.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, ilkin mərhələdə diabetli uşaqlar üçün 90 ədəd pompa nəzərdə tutulmuşdur. Pompa vasitəsilə insulinin günün istənilən vaxtında vurulması, mütləq miqdarı kənardan proqramlaşdırılır. Verilən proqrama əsasən insulin bədənə yeridilir. Bu da orqanizmdə şəkəri daha düzgün kompensasiya etməyə imkan verir. Pompada ultraqısa və yaxud qısa təsirli insulin istifadə olunur.
Digər insulin yeridilmə metodunda (insulin preparatlarının infuziyasında) isə gündə 1-2 dəfə bazal insulin xəstənin yediyi qidaya uyğun 3-4 dəfə vurulur. Amma yeni metodda insulin iynəsi bir dəfə dəri altına yeridilir, şunur vasitəsilə pompayla əlaqələndirilir və üç gündən bir dəyişdirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]
ÜST bir çox ölkədə COVID-19-un davamlı olması barədə xəbərdarlıq edib
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:01]
Birjalarda neft bahalaşıb
- [10:44]
Qızıl və gümüş bahalaşıb
- [10:42]
Bu gün Füzuli Şəhəri Günüdür
- [08:30]
YAP İdarə Heyətinin iclası olub
- [01:05]
Tramp: ABŞ-nin İranla müharibəsi gözləniləndən daha tez başa çatacaq
- 16.10.2026 [23:51]
Qazaxda qarşıda duran əsas vəzifələr müzakirə edilib
- 16.10.2026 [23:39]
Azərbaycanın mina probleminə dair bu dəfə Xorvatiyada aksiya təşkil olunub
- 16.10.2026 [23:18]
Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində üç bürünc medal qazanıb
- 16.10.2026 [22:43]
Britaniya ordusunun rəhbəri müharibə təhlükəsi ilə bağlı xəbərdarlıq edib
- 16.10.2026 [21:56]