Azərbaycanda təhsilə çox böyük önəm verilir
Bakı, 13 may (AZƏRTAC). Litvanın Azərbaycandakı səfiri Kestutis Kudzmanas mayın 13-də Tofiq İsmayılov adına 6 nömrəli məktəb-liseydə müəllim və şagirdlərlə görüşmüşdür.
AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycanda təhsilə böyük önəm verildiyini deyən K.Kudzmanas Litvanın ali təhsil müəssisələri və Beynəlxalq Bakalavriat Proqramı (İB) barədə məlumat vermişdir. Bildirmişdir ki, Litvada təhsil yüksək keyfiyyətli olmaqla yanaşı, Avropa İttifaqının təhsil sisteminin bütün standartlarına cavab verir. Bu ölkədə təhsil alan tələbələr əmin ola bilər ki, Litva diplomu Lissabon Konvensiyasını imzalamış 50-dək ölkə və beynəlxalq təşkilat tərəfindən tanınır. Litva ali təhsil məktəbləri, həmçinin Avropanın Bolonya prosesində də iştirak edir. Burada təhsil bakalavr, magistratura və doktorantura pillələri üzrə aparılır.
Diplomat bildirmişdir ki, Polşa, Almaniya, Danimarka, İsveç və başqa ölkələrdən olan tələbələr Litvanın qabaqcıl ali təhsil müəssisələri - Litva Tibb Universiteti, Vilnüs Texniki Universiteti, Kaunas Texnoloji Uuniversiteti, Vilnüs Pedaqoji Universiteti, Vilnüs Universiteti və digər ali məktəblərdə təhsil alırlar. Artıq ötən ildən Azərbaycan vətəndaşları da Litvada təhsil alırlar.
Məktəbin direktoru Gülşən Orucova bildirmişdir ki, İB artıq ölkəmizin bir neçə təhsil müəssisəsində tətbiq olunmuşdur. Məktəbimizdə də bu proqramda iştirak etmək üçün hazırlıqlar aparılır, müəllimlər treninq və kurslarda iştirak edirlər.
G.Orucova diqqətə çatdırmışdır ki, X-XI siniflərində tətbiq olunacaq diplom proqramında tədris ingilis dilində aparılacaqdır. Proqramı bitirdikdən sonra isə məzunlar dünyanın 200-dən çox qabaqcıl ali təhsil müəssisəsində təhsil almaq imkanı qazanacaqlar.
Tədbirdə şagirdlərə Litva təhsili ilə bağlı broşürlər paylanmışdır.
Sonda səfir sualları cavablandırmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]