Bakı, 26 noyabr, AZƏRTAC
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda tərəvəz istehsalında 1,4 faiz artım qeydə alınıb.
AZƏRTAC xəbər verir ki, 2022-ci ilin on ayı ərzində respublikada 1,729.300 ton tərəvəz istehsal olunub. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 23,1 min ton artıqdır.