Azərbaycandan olan gənc mütəxəssislər Latviyada əməkdaşlığa dəvət ediliblər
Riqa, 29 iyun, AZƏRTAC
Latviya Xarici İşlər Nazirliyinin parlament katibi Zanda Kalninya-Lukaşeviça Riqa Ali Hüquq Məktəbini bu il bitirən 46 xarici məzunla görüşüb. AZƏRTAC xəbər verir ki, Avropa hüququ və iqtisadiyyatı üzrə məzunlar arasında Azərbaycan təmsilçiləri də var.
Görüşdə parlament katibi universitetdə qazanılmış təcrübənin iş imkanları baxımından perspektivli olduğunu bildirib və bu imkanları Latviyada da dəyərləndirməyi təklif edib. O deyib ki, proqram çərçivəsində təhsil nəinki Avropanın, həm də iştirakçı ölkələrdən gələn gənclərin bir-birindən öyrəndiklərinin vəhdətidir.
Proqramın budəfəki buraxılışında Azərbaycan, Gürcüstan, Ermənistan, Qazaxıstan, Moldova, Tacikistan, Qırğızıstan, Ukrayna və Özbəkistandan olan 46 tələbə iştirak edib. Onlar mühazirə və seminarlardan əlavə, Latviyanın dövlət strukturlarında, habelə Brüssel və Lüksemburqdakı beynəlxalq institutlarda təcrübə keçiblər.
Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Riqa
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
Texnologiyanın sərhədləri Bakıda: “ADEX-2026”
- 30.09.2026 [23:51]
"Neftçi" basketbol komandası FIBA Avropa Kubokunun əsas mərhələsinə yüksəlib
- 30.09.2026 [23:21]
Fransa şəkərli məhsullara yeni vergi tətbiq etməyi planlaşdırır
- 30.09.2026 [22:56]
Murad Hüseynov: Üzeyir Hacıbəyli Festivalı mədəni əlaqələri genişləndirir
- 30.09.2026 [22:28]
Fransa Böyük Britaniya ilə qeyri-qanuni miqrasiya sazişini dayandırır
- 30.09.2026 [22:11]
Azərbaycan Basketbol Liqası: "Sabah" mövsümə qələbə ilə başlayıb
- 30.09.2026 [22:04]
Mərkəzi Asiyanı Pakistan limanları ilə birləşdirəcək yeni layihə
- 30.09.2026 [21:55]