“Azərbaycanın fiziki coğrafiyasi” kitabı Moskvada nəşr edilib
Bakı, 24 dekabr, AZƏRTAC
Elm və Təhsil Nazirliyinin akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun baş elmi işçisi, coğrafiya elmləri doktoru Stara Tarixazərin M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin “MAXS Press” nəşriyyatında “Azərbaycanın fiziki coğrafiyası” dərslik vəsaiti nəşr edilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, rus dilində çap olunan kitabın elmi redaktoru AMEA-nın müxbir üzvü Tələt Kəngərlidir.
Dərs vəsaitində Azərbaycanın coğrafi mövqeyi, sərhədləri, ərazisi, oroqrafiyası, geomorfoloji və geoloji strukturu, faydalı qazıntıları, iqlimi, hidrologiyası, torpaqları, flora və faunası ətraflı tədqiq edilib. Əsərdə ekzogen proseslərə, landşaftlara, Xəzər dənizinə, ətraf mühitin mühafizəsinə xüsusi diqqət yetirib, ilk dəfə olaraq ölkə ərazisinin fiziki-coğrafi rayonlaşdırılması verilib. Vəsait çoxsaylı qrafik materiallarla zəngindir.
Dərs vəsaiti coğrafiya, geologiya, ekologiya sahəsinin tədqiqatçıları, tələbələri və geniş spektrli mütəxəssislər üçün nəzərdə tutulub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [19:52]
“Macar-Azərbaycan ortaq etnik kökləri” kitabının təqdimatı olub
- 10.06.2026 [18:22]
Rektor çempion olan AzTU komandasını təbrik edib
- 10.06.2026 [17:57]
ADPU ilk dəfə RUR beynəlxalq universitet reytinqində yer alıb
- 10.06.2026 [17:51]
Coğrafiya İnstitutu sürüşmə riski olan əraziləri açıqlayıb
- 10.06.2026 [17:09]
ADU-da “Çin dili körpüsü” müsabiqəsinə yekun vurulub
- 10.06.2026 [17:02]