Azərbaycanın İslamiadada 33-cü qızıl medalı
Bakı, 15 may, AZƏRTAC
Kişi idman gimnastımız Talas Bence turnikdə hərəkətlərdə 14,000 xal toplayaraq hamını qabaqlayıb və Azərbaycana İslamiadanın 33-cü qızıl medalını qazandırıb.
AZƏRTAC xəbər verir ki, ikinci və üçüncü yerləri Türkiyə gimnastları tutublar. Fərhad Arican 13.250 xalla gümüş, Ahmet Öndər isə 13,200 xalla bürünc medallara sahib olublar.