İDMAN
Azərbaycanın istedadlı basketbolçusu ABŞ-a gedir

Bakı, 26 sentyabr, AZƏRTAC
Gənc basketbolçulardan ibarət Azərbaycan millisinin üzvü Hüseyn Qaflanov karyerasını daha üst səviyyədə davam etdirmək üçün federasiyanın dəstəyi ilə ABŞ-a yola düşəcək.
Azərbaycan Basketbol Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, yığmanın baş məşqçisi Tahir Baxşıyevin kəşf etdiyi 210 santimetr boya malik istedadlı oyunçu bu idman növünün sirlərinə daha yaxından yiyələnmək üçün 1 il müddətinə Cənubi Kaliforniya Akademiyasında (SCA) təhsil alacaq və hazırlıq kursları keçəcək.
Hazırlıq prosesində basketbolçuya peşəkar mütəxəssislər tərəfindən elit bacarıq təlimləri ilə yanaşı, atletik keyfiyyətlərin və sağlamlıq performansının artırılmasına dair proqramlar da tətbiq olunacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.12.2023 [13:15]
Azərbaycan vəkilləri beynəlxalq futbol turnirinin qalibi olublar
- 11.12.2023 [12:23]
Azərbaycan taekvondoçuları Avropa çempionatını bir medalla başa vurublar
- 11.12.2023 [11:27]
Azərbaycanlı futbolçu Tailandda klubunu dəyişib
- 11.12.2023 [10:57]
Madaqaskarlı hücumçu: Artıq “Sabah”la oyunu unutmalıyıq
- 11.12.2023 [10:50]
“Qarabağ” - “Sumqayıt” oyununda iki yubiley qeydə alınıb
- 11.12.2023 [10:38]