AZƏRBAYCANIN LOS-ANCELESDƏKİ BAŞ KONSULU HİNDİ REZERVASİYALARINDA OLMUŞDUR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycanın Los-Ancelesdəki baş konsulu Elin Süleymanov Montana ştatına səfəri zamanı Flethed hindi rezervasiyasında olmuş, Saliş və Kutenay tayfalarının konfederasiya şurasının üzvləri ilə görüşmüşdür.
Tayfanın üzvləri mədəni proqram nümayiş etdirmiş, tayfa şurasının üzvü Çarli Moreqo Şimali Amerikanın yerli əhalisinin musiqi irsinin rəmzi sayılan fleytanı dostluq əlaməti olaraq təntənəli şəraitdə baş konsula hədiyyə etmişdir.
Elin Süleymanov Azərbaycan barədə məlumat vermiş, habelə türk xalqları ilə Amerikanın yerli əhalisinin ümumi köklərə malik olması nəzəriyyəsindən danışmışdır.
Hindi tayfaları qərb ştatlarının əhalisinin böyük və nüfuzlu hissəsidir. Rezervasiyaya səfər Montana Universitetinin Heydər Əliyev mükafatına layiq görülmüş tələbələrindən biri, Şimali Amerikanın yerli əhalisinin nümayəndəsi Kley Bernatın köməyi ilə həyata keçirilmişdir.
######

MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.06.2026 [19:03]
Milli Məclisin komissiyası CNN-in informasiya təxribatına dair bəyanat yayıb
- 05.06.2026 [17:19]
Rusiya XİN Azov dənizində gəmilərə hücumlarla bağlı bəyanat verib
Bu saata olan əsas xəbərlər
- [12:00]
TBMM sədri: Aİ genişlənmə siyasəti yolu ilə özünü qorumalıdır
- 06.06.2026 [23:23]
İsveç Rusiya ilə sərhəd yaxınlığında NATO-nun yeni qrupunu yerləşdirib
- 06.06.2026 [21:49]
Suraxanıda baş verən dava ilə əlaqədar 7 nəfər saxlanılıb YENİLƏNİB
- 06.06.2026 [21:25]
İçərişəhərdə Rasim Abdullayevin xatirə konserti keçirilib
- 06.06.2026 [21:21]
Azərbaycan Tələbə Liqasında mövsümə yekun vurulub
- 06.06.2026 [20:31]
Azərbaycanın U-21 millisi Bəhreynə böyük hesabla qalib gəlib
- 06.06.2026 [20:08]
Bu saata olan əsas xəbərlər
- 06.06.2026 [20:00]
Avropalı alimlər Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər
- 06.06.2026 [19:47]
Ölkəmizin zəngin mədəni irsi İstanbulda nümayiş etdirilir
- 06.06.2026 [18:40]
Naxçıvanda tələbələr arasında futzal birinciliyinin qalibi müəyyənləşib
- 06.06.2026 [17:58]
Müşfiqabad qəsəbəsində Eldar şamı və zeytun ağacları əkilib
- 06.06.2026 [17:11]
Xaçmazda futbol üzrə regional turnirin qalibləri mükafatlandırılıblar
- 06.06.2026 [16:31]
Çinli tələbələr festivalda Azərbaycan mədəniyyətini tanıdıb
- 06.06.2026 [15:48]
Türkiyə şəhərsalma layihəsi üçün 191,5 milyon avro cəlb edib
- 06.06.2026 [15:21]
Gəncədə Azərbaycan–Aİ əməkdaşlığının 30 illiyi qeyd olunur
- 06.06.2026 [15:20]
Sabah Ermənistanda parlament seçkiləri keçiriləcək
- 06.06.2026 [15:14]
Ukrayna dronları Rusiya Hərbi Dəniz Qüvvələrinin bazasına zərbə endirib
- 06.06.2026 [15:06]
Avstriya-Azərbaycan Ticarət Palatasının prezidenti təltif olunub
- 06.06.2026 [14:54]