Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycanın mədəniyyət paytaxtında yeni tarix yazıldı

Bakı, 17 may, AZƏRTAC

Azərbaycan xalqının, xüsusilə doğma yurd-yuvasından didərgin düşmüş məcburi köçkünlərin 30 ilə yaxın davam edən niskilinə, ağrısına, torpaq həsrətinə 44 günlük Vətən müharibəsində son qoyuldu. Artıq 6 aydır ki, 30 il düşmən tapdağı altında qalan torpaqlarımız tarixi sahibinə qovuşmasının sevincini yaşayır. Otuz il ancaq dağıntıların, vəhşiliklərin şahidi olan bu torpaqlar bu gün sanki onlara göstərilən diqqət və qayğıdan ərköyünləşir, arxada qalan, daha dəqiq desək, itirilmiş illərin nəvazişini axtarır, 30 ilin ağrı-acısını bir gündə unutmaq istəyir. Bütün bunlar, şübhəsiz, Azərbaycan xalqının məğrurluğundan, yenilməzliyindən, mərhəmətindən, qonaqpərvərliyindən irəli gələn istəklərdir. Bu gün işğaldan azad edilmiş ərazilərimiz 30 ildən sonra doğma torpağına qədəm qoyan, bəzən özünü nağıllar, bəzən də gerçəkliklər dünyasında hiss edən azərbaycanlıları hərarətlə salamlayır, xoş ovqatın həsrətində olduğunu formalaşdırdığı aura ilə hiss etdirir.

Dövlətimizin başçısı İlham Əliyevin 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatın imzalanmasından sonra işğaldan azad edilmiş torpaqlarımıza mütəmadi səfərləri, onun bu cənnət məkana hər gəlişində bir sıra obyektlərin təməlinin qoyulması, görülən işlərlə tanışlığı məhz bu ərazilərin qısa müddətdə dirçələrək, malik olduğu potensial imkanları ilə ölkəmizin hərtərəfli inkişafına dəstək olmaq istəklərinə verilən stimuldur.

AZƏRTAC xəbər verir ki, bu fikirləri “İki sahil” qəzetinin baş redaktoru, Əməkdar jurnalist Vüqar Rəhimzadə ifadə edib.

Baş reaktor bildirib ki, 29 ildən sonra mayın 12-də - Azərbaycanın mədəniyyət paytaxtı Şuşa yenidən özünün doğmalarına qucaq açdı. “Şərqin Konservatoriyası” adlandırılan bu əsrarəngiz şəhər dövlətimizin başçısı İlham Əliyevin təşəbbüsü, Heydər Əliyev Fondunun təşkilatçılığı ilə mayın 12-13-də 32 illik fasilədən sonra yenidən “Xarıbülbül” musiqi festivalına ev sahibliyi etdi. Açığını deyim ki, Prezident İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın, qızları Leyla Əliyeva və Arzu Əliyevanın iştirakı ilə Şuşada Cıdır düzündə təşkil olunan “Xarıbülbül” musiqi festivalına qatılanlar arasında olmağım mənə ikiqat sevinc bəxş etdi. Bu sevinci bizə yaşadan Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, rəşadətli Azərbaycan Ordusuna sonsuz minnətdarlığımızı bildirir, şəhidlərimizin ruhu qarşısında baş əyir, onlara Allahdan rəhmət, qazilərimizə şəfa diləyirik. Şəhidlərimizin xatirəsinə həsr olunan “Xarıbülbül” musiqi festivalı 44 günlük İkinci Qarabağ müharibəsi həqiqətlərinin bir daha Şuşadan, Cıdır düzündən təqdimatı oldu. Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qalib ölkənin qalib Lideri kimi Zəfərimizlə bağlı hər bir fikri harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlıda qürur hissi yaradır, torpaq, Vətən sevgisinin, milli qürurumuzun torpaqlarımızın işğaldan azad edilməsində böyük rol oynadığını böyük fəxrlə qeyd edirik.

Dövlətimizin başçısı İlham Əliyevin musiqi festivalının açılışında “Əziz dostlar, bu gün ölkəmizin tarixində əlamətdar bir gündür. Uzun fasilədən sonra Cıdır düzündə - hər birimiz üçün müqəddəs olan Şuşada “Xarıbülbül” festivalı keçirilir. Bu münasibətlə sizi və bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm” fikirləri hər birimizin torpaqlarımızın işğal dövrünə bir anlıq da olsa, qiyabi ekskurs etməsini zərurətə çevirdi. 28 il idi ki, dağlarının başı qara buludlu, meşələri dumanlı olan Şuşada qürbətdə qalan, səsi kəsilən sarı bülbül kimi, onun sirdaşı xarı bülbülün də boynu bükük idi. Şuşa şuşalılarsız qalmışdı. Cıdır düzü namərdlərin tapdağı altında idi. Erməni vandalizminin qurbanı olan, düşmən gülləsindən “yaralanan”, paytaxtda saxlanılan Bülbülün, Üzeyirin, Natəvanın heykəlləri doğma Vətəninə qayıdacağı günü səbirsizliklə gözləyirdilər. Şuşa haqqında çox yazılıb, başı qarlı, vüqarlı dağlarının əzəmətindən çox söz açılıb. Dünyanın mədəniyyət mərkəzlərindən olan, milli memarlıq üslubu ilə seçilən, orta əsrlər şəhərsalma sənətinin qiymətli abidəsi adlandırılan, mədəniyyətimizə, ədəbiyyatımıza, incəsənətimizə bəxş etdiyi tarixi şəxsiyyətləri ilə seçilən, muğamımızın beşiyi sayılan, Bülbül, Qasım bəy Zakir, Xurşidbanu Natəvan, Mir Möhsün Nəvvab, Nəcəf bəy Vəzirov, Əbdürrəhim bəy Haqverdiyev, Yusif Vəzir Çəmənzəminli, Firudin bəy Köçərli, Əhməd bəy Ağaoğlu kimi şəxsiyyətlər yetişdirən Qarabağın dilbər guşəsi olan Şuşa şərqlilərə məxsus memarlıq üslubu ilə də fərqlənir. Azərbaycanın alınmaz qalası, mədəniyyət məbədi olan bu qədim şəhər özü boyda tarixi abidədir. Dövlətimizin başçısı İlham Əliyevin Sərəncamı ilə Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi də təsadüfi deyil. Sənəddə qeyd edildiyi kimi, Şuşa şəhəri tarixən Azərbaycanın tarixi-mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən biri olub. 1977-ci ildə xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə “Şuşa şəhərinin tarixi hissəsini tarix-memarlıq qoruğu elan etmək haqqında” qərar qəbul edilib. Həmin qərar nəticəsində Şuşada abidələrin qorunması, görkəmli mədəniyyət və incəsənət xadimlərinin xatirələrinin əbədiləşdirilməsi istiqamətində əhəmiyyətli addımlar atılıb.

V.Rəhimzadə qeyd edib ki, ötən il noyabrın 8-də 29 ilə yaxın işğal həyatı yaşayan, erməni vəhşilikləri ilə üz-üzə qalan Şuşanın işğaldan azad edilməsi müjdəsini Şəhidlər xiyabanından xalqımıza çatdırarkən dövlətimizin başçısı İlham Əliyevin “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz səni dirçəldəcəyik!” fikirləri bugünkü reallıqlarda öz əksini tapmaqla yanaşı, bir daha bu nadir şəhərin tarixi-mədəni əhəmiyyətinə və Azərbaycan xalqı üçün müstəsna mənəvi dəyərə malik olmasına işıq salır. Şübhə yoxdur ki, dövlətimizin başçısı İlham Əliyevin işğaldan azad edilmiş ərazilərimizdə Prezidentin xüsusi nümayəndəliyinin yaradılması ilə bağlı Sərəncamının ilk olaraq Şuşada reallığa çevrilməsi, dövlət idarəetməsinin və hüquqi tənzimləmənin daha da təkmilləşdirilməsi şəhərdə tarixi-mədəni irsin bərpasına və qorunub saxlanmasına xidmət etməklə yanaşı, onun inkişafına da şərait yaradacaq. “Festival günlərində məndə belə bir qəti əminlik yarandı ki, Şuşa şəhərinin tarixi görkəminin bərpası, əvvəlki şöhrətinin özünə qaytarılması və ənənəvi dolğun mədəni həyatına qovuşması, eləcə də Azərbaycanın çoxəsrlik zəngin mədəniyyətinin, memarlıq və şəhərsalma sənətinin parlaq incisi kimi beynəlxalq aləmdə təbliği məqsədilə imzalanan Sərəncam bir daha Böyük Qayıdışın bir addımlığında olduğumuzu göstərir”, - deyə Əməkdar jurnalist vurğulayıb.

Prezident İlham Əliyev qeyd etdiyi kimi, bu günü 30 il səbirsizliklə gözlədik. 30 il Vətən həsrəti ilə yaşadıq. 30 il ədalətsizliklə barışmalı olurduq, amma barışmırdıq. Çünki nəyin bahasına olursa-olsun öz doğma torpaqlarımızın işğalçılardan azad ediləcəyinə əmin idik.

İşğalın davam etdiyi 30 ildə Azərbaycan gücləndi, münaqişənin həlli üçün möhkəm hüquqi baza formalaşdı, Azərbaycan gənclərində vətənpərvərlik hissi daha da artdı, onlar hər an silaha sarılıb torpaqlarımızı işğaldan azad etmək üçün Ali Baş Komandanın əmrini gözlədilər. Zaman hadisələrə ən böyük dəyəri verməklə yanaşı, eyni zamanda, yeganə rəqibimizdir. 30 ilin işğalına, ədalətsizliyinə 44 gündə son qoyan, ərazi bütövlüyümüzü bərpa edən Azərbaycan Ordusu tarix yazdı. O tarixi ki, Zəfər Günümüz təsis olundu, xalqımız ən məğrur, qürurlu xalq, ordumuz ən güclü ordu, Prezidentimiz qalib Sərkərdə kimi nüfuz qazandı və özünü təsdiq etdi. Bu gün Şuşa əməliyyatı, ümumilikdə 44 günlük Vətən müharibəsində təcrübəmiz beynəlxalq səviyyədə öyrənilir. Bu əməliyyatların dərsliklərə salınacağı şübhəsizdir. Şuşanın işğaldan azad edilməsi mənfur düşmənə böyük zərbə oldu. Məhz bu tarixi Qələbədən sonra Ermənistan diz çökdü, kapitulyasiya aktına imza atdı, Azərbaycanın Zəfəri beynəlxalq səviyyədə təsdiqləndi və qəbul olundu.

Prezident İlham Əliyev vurğuladığı kimi, Şuşanın, bu alınmaz qalanın fəth edilməsi ayrıca bir qəhrəmanlıq dastanıdır. Şuşada olan hər kəs, o cümlədən bu gün artıq Şuşanı böyük sevinc və qürur hissi ilə ziyarət edən Azərbaycan vətəndaşları görürlər ki, bu təbii qala-şəhəri işğaldan azad etmək böyük qəhrəmanlıq, şücaət, fədakarlıq tələb edirdi. Qəhrəman hərbçilərimiz başı dumana dirənən sıldırım qayalara dırmaşaraq əlbəyaxa döyüşdə Şuşanı işğalçılardan azad etdilər. Heç də təsadüfi deyildi ki, Azərbaycan hərbçiləri şəhərə sahib olduqdan sonra da ermənilər Şuşanın azad edilməsinə inanmırdılar. “Biz Şuşa uğrunda gedən döyüşlərdə şəhidlər verdik” söyləyən dövlətimizin başçısı İlham Əliyev bildirdiyi kimi, bizi irəliyə aparan milli ruh bu Qələbəni təmin etdi. Ermənilər nə qədər çalışsalar da ötən 28 ildə Şuşadan Azərbaycan ruhunu silə bilmədilər. Mənfur düşmən tərəfindən binalar, tarixi və dini abidələrimiz dağıdıldı, ancaq Şuşa özünün milli varlığını, Azərbaycan ruhunu qoruya bildi. Şuşa 28 il yarım əsarətdə olsa da əyilmədi, sınmadı, öz ləyaqətini, milli ruhunu, Azərbaycan ruhunu qorudu. Məhz bu amillərə söykənərək dövlətimizin başçısı İlham Əliyev musiqi festivalının sonunda bu məqamı xüsusi qeyd etdi ki, biz bu gün birlik, qayıdış, ləyaqət bayramını qeyd edirik: “Biz Şuşamızı, Ağdamımızı, Cəbrayılımızı, Füzulimizi, Zəngilanımızı, Qubadlımızı, Laçınımızı, Kəlbəcərimizi qəlbimizdə yaşatmışdıq. Dağıdılmış məscidləri biz bərpa edəcəyik, amma o məscidlər işğal dövründə bizim qəlbimizdə ucaldılmışdı. İndi isə biz burada, Cıdır düzündə - hər bir azərbaycanlı üçün müqəddəs olan yerdə yığışmışıq və bu musiqi bayramını, bu birlik bayramını, bu qayıdış bayramını, bu ləyaqət bayramını qeyd edirik. Yaşasın Şuşa! Yaşasın Qarabağ! Yaşasın Azərbaycan!”.

Zəfərimizdən sonra keçirilən ilk “Xarıbülbül” musiqi festivalının Azərbaycanda yaşayan xalqların nümayəndələrini əhatə etməsi də təsadüfi deyildi. Bu baxımdan ki, Azərbaycan tolerant ölkədir. Ölkəmizdə müxtəlif xalqların, millətlərin nümayəndələri dostluq, qardaşlıq şəraitində yaşayır, ölkədə gedən inkişafa öz töhfələrini verirlər. 44 günlük Vətən müharibəsində bu birlik, həmrəylik bir daha özünü qabarıq şəkildə büruzə verdi.

V.Rəhimzadə diqqətə çatdırıb ki, festivalın məhz Ramazan bayramı ərəfəsində təşkil edilməsi də təsadüfi deyildi. Bu, bir daha Azərbaycan xalqının milli-mənəvi dəyərlərə, milli ruha bağlılığının təsdiqidir. Xalqımız son 30 ildə bir amalla yaşadı - torpaqları azad, ədaləti bərpa edək, milli ləyaqətimizi qoruyaq. Bu günlər hamımız fəxr edir və sonsuz qürur hissi keçiririk ki, hər birimizin qəlbində yuva qurmuş müqəddəs arzularımıza, istəklərimizə ulu öndər Heydər Əliyevin düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində qurulan möhkəm təməl və bu siyasətin son 17 ildə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində nail olduq. Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev 2003-cü ildə keçirilən prezident seçkilərindən sonra andiçmə mərasimində bildirmişdi ki, Azərbaycanın daha güclü, qüdrətli dövlətə çevrilməsi üçün Heydər Əliyev siyasəti davam etdirilməlidir. Prezident İlham Əliyev son 17 ildə hər bir vədini əməldə təsdiqləməklə uğurlarımızın zirvəsində dayanan 2020-ci ilin 8 noyabrını - Zəfər Gününü tarixə yazdı.

“Xarıbülbül” musiqi festivalının ilk günündə konsertdən sonra Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın jurnalistlərlə səmimi görüşü də yaddaqalan oldu. Dövlətimizin başçısı ermənilərin tarixin saxtalaşdırılması istiqamətində göstərdikləri cəhdlərdən söhbət açdı, eyni zamanda, Birinci Qarabağ müharibəsi illərindəki təbliğatla İkinci Qarabağ müharibəsi dövründə təbliğatı müqayisə edərək Zəfərimizi şərtləndirən amillərə bir daha diqqət yönəltdi. Xalqımızın daim Prezidentinin ətrafında sıx birləşməsi, tarixə böyük hərflərlə yazılan “dəmir yumruq” əməliyyatı bunun bariz nümunəsi kimi qeyd edildi. Xüsusi vurğulandı ki, bu gün xalqımızın başı uca, alnı açıqdır. Vaxtilə itirilmiş qürurumuzun özümüzə qaytarılmasının yaşatdığı xoşbəxtlik hissi ölçüyəgəlməzdir.

Təbii ki, 29 illik həsrətdən sonra Şuşanın qonağı olan hər kəs kimi, mən də böyük sevinc hissi yaşadım. Hər daşı, qayası tarix olan Şuşamızın sanki qonaqlarının gəlişindən sevinc hissi keçirməsi təbiətin oyanışından, dağlar qoynunda yerləşən Cıdır düzünün qəlblərə hərarət bəxş edən bahar mənzərəsindən də hiss olunurdu. Həmin günlərdə Şuşa növbəti Zəfərini yaşadı, desəm şübhəsiz səhv etmərəm. Festival günlərində bəzən nağıl kimi görünən bu reallıqların canlı şahidi olmağımız, toxunduğumuz hər daşı, qayası, xarı bülbülü bizləri xəyallar dünyasından ayırırdı. Qəlbimizin dərinliklərində bu nida baş qaldırırdı: Azadlığın mübarək, Şuşa! Bu sevinci bizə yaşadan, hər birimizi qürurlandıran dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan, qalib Lider İlham Əliyevə və onun “İrəli, Azərbaycan əsgəri!” çağırışına böyük qəhrəmanlıqla, şücaətlə cavab verən Azərbaycan Ordusuna eşq olsun!

Əvvəldə də qeyd etdiyim kimi, 29 ildən sonra Şuşa məscidində bayram namazı qılındı. Ramazan bayramı ərəfəsində Şuşamızda yeni məscidin təməli qoyuldu. Ermənilər tərəfindən qurudulmuş “Xan qızı Natəvan” bulağından su gəldi. Bütün bunlar böyük rəmzi məna daşıyır. Bax, budur, qayıdışımız! Bax, budur Zəfərimiz! Şuşa azaddır, Şuşa dirçəlir, Şuşaya yeni nəfəs verilir, bu əsrarəngiz diyar cənnətməkana çevrilir!

Şuşada Cıdır düzündə təşkil olunan “Xarıbülbül” musiqi festivalı çərçivəsində Qarabağ səmasında, Şuşada atəşfəşanlıq da Qarabağın döyünən ürəyi Şuşadan bütün dünyaya bir mesaj kimi dəyərləndirilməlidir. Şuşanın əzəmətli qala divarlarında Azərbaycanın üçrəngli bayrağı proyeksiya olunmuşdu. Festival iştirakçıları bu mənzərəni də qürurla izlədilər.

Hər sadə, mürəkkəb cümləmizin əvvəli, sonu Şuşa! Zümrüd meşələri, vüqarlı dağları, yaylaqları, min bir dərdin dərmanı olan rəngbərəng çiçəkləri ilə göz oxşayan müqəddəs Şuşa torpağına 29 ildən sonra qədəm qoysaq da bu gün bu mədəniyyət, incəsənət beşiyimizin azad, firavan, özünün əzəli sahibinin əlində olması ən böyük xoşbəxtliyimizdir. Sanki təbiət öz əlləri ilə Cıdır düzünə rəngbərəng xalı döşəmişdi. Uzun fasilədən sonra yenidən doğma Şuşaya qayıdan “Xarıbülbül” musiqi festivalı bu rəngarəngliyə yeni çalarlar əlavə etdi. Şahidi olduğumuz təbiətinin gözəlliyi, qədim mədəniyyət beşiyimiz Şuşanın haqlı olaraq “Kiçik Paris”, “Qafqazın sənət məbədi”, “Azərbaycan musiqisinin beşiyi”, “Şərqin Konservatoriyası” adlandırıldığını təsdiqlədi.

Bu gün bir daha böyük fəxr hissi ilə qeyd edirik ki, ulu öndər Heydər Əliyevin “Şuşasız Qarabağ, Qarabağsız isə ümumiyyətlə Azərbaycan yoxdur” kəlamını “Əziz Şuşa, biz səni dirçəldəcəyik!” sözləri ilə doğruldan, şəhərin əvvəlki görkəminə qaytarılacağını bildirən Prezident İlham Əliyevin göstərişləri əsasında görülən işlər milli ruha, mənəvi dəyərlərə bağlılıqdır. Bu gün artıq Şuşa azaddır. Ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Ordumuzun rəşadəti nəticəsində işğaldan azad edilən bu qədim şəhər yenidən Azərbaycanın mədəniyyət paytaxtı adına qovuşdu. “Mən xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!” sözləri ilə ümummilli lider Heydər Əliyevin Şuşaya verdiyi dəyəri bərpa edən Prezident İlham Əliyevin “dəmir yumruğ”u düşməni əbədi susdurdu.

Şuşaya hər səfərində bu qədim yurd yerinin əvvəlki şöhrətinin özünə qaytarılacağını bildirən Prezident İlham Əliyev bu vədini də əməli addımları ilə təsdiqləyir. Məhz Prezident İlham Əliyevin qətiyyəti, sərkərdəlik məharəti sayəsində ilk olaraq düşmən tərəfindən güllələnmiş Xurşidbanu Natəvanın, dahi bəstəkar Üzeyir Hacıbəylinin, unudulmaz sənətkar Bülbülün büstləri 28 ildən sonra doğma yurduna qaytarıldı. Şuşaya Zəfər yolunun çəkilişinə başlandı. Prezident İlham Əliyev vədinə əməl etdi. Şuşada “Xarıbülbül” musiqi festivalının ikinci günündə ulu öndər Heydər Əliyevin Qarabağla bağlı arzularının əks olunduğu videoçarxın nümayişini ayaq üstə alqışlayan dövlətimizin başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva festivalda iştirak edən incəsənət xadimləri ilə görüşdülər. Cıdır düzündə bütün festival iştirakçıları ilə birlikdə “Qarabağ Azərbaycandır!” söyləyərək bir daha bu məkandan bütün dünyaya mesajlarını çatdırdılar.

Zəfərin mübarək, Azərbaycan! Azadlığın mübarək, Şuşa! Artıq Qarabağımızda 30 ilin işğalına son qoyularaq yeni həyat başlayıb. Bundan sonra həyatımıza qatılacaq yeni əlvan çalarlar Qələbə sevincimizi daimi edəcək, bu torpaqlarda toy-büsat yaşanacaq. Novruz bayramında Cıdır düzündə bayram tonqalını yandıran dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Xarıbülbül” musiqi festivalının keçirilməsinə nail olmaqla bir daha Şuşaya göz dikən, onun işğaldan azad olunmasını kədərlə qarşılayan işğalçı Ermənistana və ona havadarlıq edənlərə bu mesajlarını ünvanladılar - “Dəmir yumruğ”u unutmayın! Azərbaycan əzəli torpağı olan Qarabağa qayıtdı. Qayıdışın mübarək, Azərbaycan! Qayıdışın mübarək, Azərbaycan xalqı!

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oman sahillərində tankerə dron hücumu olub, iki dənizçi itkin düşüb

Özge Gürel: “44” filmindəki hekayədə var olduğum üçün qürur duyuram

Ukrayna Aİ-dən 3 milyard avro dəyərində hərbi dəstək alacaq

Azərbaycan üçün əsas məsələ etimadı və uzunmüddətli tərəfdaşlığı möhkəmləndirməkdir ŞƏRH

XXI Bakı Caz Festivalı İçərişəhərdə möhtəşəm konsert proqramı ilə başa çatıb

Avropa İttifaqı Ukraynaya raket və dronların alınması üçün əlavə vəsait ayıracaq

Premyer Liqa: "Mançester Siti" "Liverpul"u məğlub edib

Azərbaycanın daha bir boksçusu Avropa çempionu olub

Qazaxda yol qəzası: üç nəfər xəsarət alıb

Azərbaycan Premyer Liqasında VII tura yekun vurulub

Biləsuvardakı zəncirvari qəzada ölənin və xəsarət alanların kimliyi məlum olub YENİLƏNİB

Zelenski: Ukrayna enerji atəşkəsini dəstəkləyir və Rusiyanın da buna qoşulmasını vacib sayır

İsrail ordusu HƏMAS-ın elit bölməsinin komandirinin öldürüldüyünü açıqlayıb

Bu saata olan əsas xəbərlər

“Kür”ün baş məşqçisi: Komandamın oyunundan razıyam

Polşanın Baş nazirinə və müdafiə nazirinə təhdidlər göndərən şəxs saxlanılıb

Bakıdan Keşikçidağa: Arxeoloji tədqiqatlar və tarixi-mədəni irsə səyahət

Esma Muratoviç: İki əla oyun keçirdik və qələbə qazandığımız üçün çox qürurluyuq

Fərid Qayıbov: “Kür” komandasının qələbəsi həndbolumuzun inkişafına mühüm töhfə verəcək

Kənan Hüseynəliyev peşəkar rinqdə 13-cü qələbəsini qazanıb

Zelenski Ukraynada seçkilərin keçirilməsi üçün 60 günlük atəşkəs şərti irəli sürüb

AFP: Ər-Riyadda partlayış baş verib

“Kür” Avropa Kubokunda növbəti mərhələyə yüksəlib

Culfa rayonunun kəndlərində elektrik enerjisinin verilişində fasilə yaranacaq

FHN Qəbələ-Xankəndi ultramarafonunda təhlükəsizliyi təmin edib

Premyer Liqa: “Qarabağ” 1000-ci oyununda qələbə qazanıb

Türk dünyası gənclərinin görüşü maraqlı anlarla yadda qalıb VİDEO

Türk dünyası gənclərinin görüşü maraqlı anlarla yadda qalıb VİDEO

Ömrünü sözə və sənətə həsr etdi - Ayaz Vəfalı

Naxçıvan Dövlət Kukla Teatrında “Yeddi şəhid, bir şahid” tamaşasının premyerası olub

Azərbaycanın Mərkəzi Asiya üçün strateji əhəmiyyəti ilbəil artır ŞƏRH

Kambocanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib

Azərbaycanlı tələbələr Türk dünyası gənclərinin birinci görüşündə iştirak ediblər

Berlində Dünya Səhiyyə Sammiti işə başlayıb VİDEO

Berlində Dünya Səhiyyə Sammiti işə başlayıb VİDEO

Zelenski Rusiyanın neft emalı zavodlarına zərbələrin hansı halda dayandırılması məsələsinə aydınlıq gətirib

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

Məktəblərdə geyim qaydaları: hüquqi çərçivə və vahid yanaşma

Finlandiya Ukraynaya F-16 qırıcıları üçün döyüş sursatları göndərəcək

Şəhidlərimizin xatirəsinə həsr olunan anım mərasimləri təşkil edilib

Almaniyada ifrat sağçının paylaşdığı xəritə Fransada narazılıq yaradıb

Ağdaşda “Kənddən şəhərə” yarmarkası təşkil olunub

İsveçdə hərəkətsiz həyat tərzi problemi getdikcə dərinləşir

Sakinlərə keyfiyyətli xidmət: Qax Elektrik Şəbəkəsi bu istiqamətdə səylərini artırıb

Ultramarafonun 70 yaşlı iştirakçısı: Qarabağda baş verən dəyişiklikləri görmək qürurvericidir VİDEO

Ultramarafonun 70 yaşlı iştirakçısı: Qarabağda baş verən dəyişiklikləri görmək qürurvericidir VİDEO

Şahin İsmayılov: Mərkəzi Asiya ilə əlaqələrin genişlənməsi Azərbaycanın regional mövqeyini daha da gücləndirir - ŞƏRH

Azərbaycan və Belarus üzgüçülük federasiyaları arasında memorandum imzalanıb

Məktəblərdə geyim qaydaları ilə bağlı Azərbaycan Milli QHT Forumu bəyanat yayıb

Türkiyədə dəhşətli yol qəzası: 11 nəfər ölüb, 27 nəfər yaralanıb

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibləri mükafatlandırılıb

Tovuzda qadın dəm qazından boğularaq ölüb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

EYBA-nın payız konfransının iştirakçıları Ali Məhkəmədə olublar

Türk dünyası gənclərinin görüşündə 11 maddəlik yekun bəyannamə qəbul olunub VİDEO

Türk dünyası gənclərinin görüşündə 11 maddəlik yekun bəyannamə qəbul olunub VİDEO

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Nühavn – Kopenhagenin rəngarəng ürəyi - REPORTAJ VİDEO

Nühavn – Kopenhagenin rəngarəng ürəyi - REPORTAJ VİDEO

FHN Salyanda növbəti xilasetmə təlimi keçirib VİDEO

FHN Salyanda növbəti xilasetmə təlimi keçirib VİDEO

Beynəlxalq Ultramarafonun qalibi: Hər şey ideal təşkil olunmuşdu VİDEO

Beynəlxalq Ultramarafonun qalibi: Hər şey ideal təşkil olunmuşdu VİDEO

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 11 oktyabr

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibi bəlli olub VİDEO

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibi bəlli olub VİDEO

Fərid Qayıbov: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçıların sayı kifayət qədər artıb VİDEO

Fərid Qayıbov: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçıların sayı kifayət qədər artıb VİDEO

Süni intellektdən möhtəşəm abidələrə: Qazaxıstan paytaxtından REPORTAJ VİDEO

Süni intellektdən möhtəşəm abidələrə: Qazaxıstan paytaxtından REPORTAJ VİDEO

Azərbaycan Ankarada 4-cü Dünya Mədəniyyətləri Festivalında geniş təmsil olunub VİDEO

Azərbaycan Ankarada 4-cü Dünya Mədəniyyətləri Festivalında geniş təmsil olunub VİDEO

Gəncə terrorunun şahidləri: Altı il keçsə də, həmin gecənin ağrısı unudulmayıb

Bu gün Beynəlxalq Qız Uşaqları Günüdür

“Kür” bu gün APOEL klubu ilə cavab oyununa çıxacaq

Üçüncü Beynəlxalq Xankəndi Ultramarafonunda sonuncu mərhələyə Ağdamda start verilib

Azərbaycan Premyer Liqasında VII tura 2 oyunla yekun vurulur

Honkonqda meymunçiçəyinə yeni yoluxma halları aşkarlanıb

Azərbaycan cüdo yığması dünya çempionatının qarışıq komanda yarışında Avstriya ilə qarşılaşacaq

BMT-nin Baş katibi Ər-Riyad hava limanına hücumu pisləyib

“İnter Mayami” Messi və Suaresin dubl etdiyi matçda böyükhesablı qələbə qazanıb

ABŞ ordusu Oman körfəzində ticarət gəmisini vurub

Türk dövlətlərinin iştirakı ilə ənənəvi futbol yarışı təşkil olunacaq

Ərəb koalisiyası Ər-Riyad aeroportuna hücumda husiləri günahlandırıb

Ər-Riyadda hava limanına raket hücumu nəticəsində 12 nəfər həlak olub

Hörmüz boğazında tankerə hücum edilib

Mourinyo “Vilyarreal”la oyundan sonra mətbuat konfransını boykot edib

Tramp: ABŞ-yə Kanadanın xokkey çubuqları və maskaları lazım deyil

Makronun populyarlıq reytinqi rekord səviyyədə aşağı düşüb

Yer kürəsində son 3 ayın ən güclü maqnit qasırğası baş verib

Almaniyada gənc siyasətçi qalmaqallı xəritə paylaşımından sonra istefa verib

ABŞ-də “İsayas” qasırğası nəticəsində ölənlərin sayı artıb

Beynəlxalq Cüdo Federasiyasının bayrağı dünya çempionatının növbəti ev sahibinə təhvil verilib

Argentina səfiri: Azərbaycanla bizi birləşdirən ortaq mədəni cəhətlər var

Bakıda beynəlxalq tanqo marafonu davam edir

Premyer Liqa: “Sumqayıt” komandası mövsümdə ilk qələbəsini qazanıb

Tramp: Zelenskiyə dedik ki, Rusiyanın neft emalı zavodlarını vurma

Azərbaycan Basketbol Liqası: “Neftçi” “Ordu”nu məğlub edib

Azərbaycanlı professorun kitabı ABŞ-də təqdim olunacaq

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Xəzərin dayazlaşması köçəri quşların məskunlaşmasına ciddi təsir göstərir

Baş nazir: Gürcüstanda yanacağın qiymətinin artımı dünyada baş verən proseslərlə əlaqədardır

Bu saata olan əsas xəbərlər

Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Ankara Universitetinin rektoru TAU-da olub

Çin Avropaya hibrid avtomobillərin ixracını azaltmaqla bağlı Aİ ilə razılığa gəlib

Fuad Yanqildin: Hədəf həmişə yüksəkdir

Mədinə Musayeva: Sabahkı oyunda da eyni performansı göstərə biləcəyik

2027-ci il üçün Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrına ayrılan maliyyə vəsaiti artırılır