AZƏRBAYCANIN MÜDAFİƏ POTENSİALI DAHA DA GÜCLƏNDİRİLƏCƏK, MÜDAFİƏ XƏRCLƏRİ 2 MİLYARD DOLLARA ÇATDIRILACAQDIR
Bu barədə Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2008-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında məlumat verərək bildirmişdir ki, son dörd-beş il ərzində bizim hərbi və müdafiə xərclərimiz 150 milyon dollardan 1 milyard 300 milyon dollara qalxmışdır. Əlbəttə ki, bu, ümumi büdcə artımının təzahürüdür.
Dövlət başçısı demişdir: “Bəzi hallarda vəziyyətlə yaxından tanış olmayan, yaxud da qərəzli mövqedə dayanan beynəlxalq qurumlar buna görə bizi tənqid etməyə çalışırlar ki, Azərbaycanda silahlanma prosesi gedir və hərbi xərclər artır. Onlar bilməlidirlər ki, Azərbaycanın dövlət büdcəsi son dörd il ərzində 10 dəfə artıbdır. Əlavə artımlar nəticəsində daha da çox artacaqdır və hərbi xərclərin çoxalması ümumi kontekstdən çıxarılmamalıdır”.
Azərbaycanın müharibə şəraitində yaşadığını vurğulayan Prezident builki müdafiə xərclərinin 2 milyard dollara çatdırılacağını və bu sahəyə diqqətin bundan sonra da artırılacağını vurğulamış, ölkəmizin çox güclü müdafiə potensialının bölgədə ən böyük potensial olduğunu söyləmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.06.2026 [17:19]
Rusiya XİN Azov dənizində gəmilərə hücumlarla bağlı bəyanat verib
- 05.06.2026 [16:50]
Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının üzvləri TBMM-də olub
- 05.06.2026 [15:34]