Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi bu təşkilatın tarixində əlamətdar hadisə olub - ŞƏRH

Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi bu təşkilatın tarixində əlamətdar hadisə olub - ŞƏRH

Bakı, 3 mart, AZƏRTAC

Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi bu təşkilatın fəaliyyətinin və tarixinin çox mürəkkəb dövründə başlanıb. O vaxt Qoşulmama Hərəkatının fəallığı get-gedə zəifləyir, nəticədə bu Hərəkat mövcud beynəlxalq təhlükəsizlik sisteminə və bütövlükdə beynəlxalq münasibətlər sisteminə o qədər də uyğun gəlmirdi. Hərəkat dünyada baş verən bir çox proseslərdən sanki kənarda qalmışdı. Ola bilsin, bu fakt həm də bir sıra obyektiv səbəblərlə bağlı idi, çünki vaxtilə Qoşulmama Hərəkatı ikiqütblü dünyada əsas qüvvə mərkəzlərini tarazlayan bir amil kimi düşünülmüşdü: bir tərəfdə sosializm düşərgəsi, digər tərəfdə kapitalizm düşərgəsi dayanmışdı, Qoşulmama Hərəkatı isə həmin düşərgələrin heç birini dəstəkləməyən, blokların qarşıdurmasında iştirak etməyən ölkələrdən ibarət idi. Sonrakı dövrdə dünyamız mahiyyət etibarilə birqütblü olanda Qoşulmama Hərəkatının funksional vasitələri fəaliyyət qabiliyyətini itirdi, sadəcə onlara ehtiyac qalmadı.

Politoloq İlqar Vəlizadə bu fikirləri Azərbaycanın Qoşulmama Hərəkatına 3 illik sədrliyini, bu sədrliyin müddətinin daha bir il uzadılmasını və COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Bakıda keçirilmiş sammitini AZƏRTAC üçün şərh edərək söyləyib.

Agentliyin müsahibinin sözlərinə görə, Hərəkat 2019-cu ilə qədəm qoyanda faktiki olaraq öz potensialını tükətmişdi. Azərbaycan sədrliyə başlayanda Qoşulmama Hərəkatının inkişafına yeni dinamika vermək məqsədini qarşıya qoymuşdu. Lakin obyektiv səbəblər üzündən bütün dünya, o cümlədən Qoşulmama Hərəkatı da yeni çağırışlarla üzləşdi. Sonrakı ildə baş verən pandemiya bütün bəşəriyyət üçün təhdid oldu, Hərəkatın bəzi iştirakçıları üçün fəlakətli nəticələr törətdi. Bu dövlətlərin çoxu belə genişmiqyaslı fəlakətlərin öhdəsindən gəlmək üçün ciddi maddi bazaya malik deyildi. Azərbaycan bu Hərəkatın sədri kimi öz üzərinə çox böyük məsuliyyət götürərək COVID-19-a qarşı mübarizə üzrə Qlobal Plan işlənib hazırlanması təşəbbüsü ilə çıxış etdi, bununla əlaqədar bütün gündəliyi hazırladı və onu BMT-nin Baş katibi, həmçinin Ümumdünya Səhiyyə Təşkilatının rəhbərliyi ilə razılaşdırdı. Onlar bu planı dəstəklədiklərini bildirdilər. Sonra yenə Azərbaycanın təşəbbüsü ilə BMT Baş Assambleyasının bu məsələyə həsr edilmiş fövqəladə sessiyası keçirildi. Vəziyyətin çox mürəkkəb olmasına baxmayaraq, Azərbaycan Qoşulmama Hərəkatının sammitini onlayn formatda keçirməyə nail oldu. Sammitin bu formatda keçirilməsi Qoşulmama Hərəkatının tarixində ilk belə hadisə, dünya praktikasında ilk belə tədbirlərdən biri idi.

İ.Vəlizadə daha sonra bildirib ki, Azərbaycan özü də ölkələrin postpandemiya vəziyyətindən çıxması üçün praktiki səy göstərib, inkişaf etməkdə olan, yardıma ən çox ehtiyac duyan ölkələrə kömək kimi çox böyük məbləğdə vəsait sərf edilib. Ölkəmiz həm də vaksin millətçiliyinə qarşı çıxış edib, zəif inkişaf etmiş dövlətlərin iqtisadiyyatının bərpasına kömək məqsədilə genişmiqyaslı planın həyata keçirilməsini dəstəkləyib. Politoloq vurğulayıb: “Bu, əlbəttə, Qoşulmama Hərəkatının fəallaşmasına çox mühüm töhfə oldu”.

Müsahibimiz sözünə davam edərək deyib ki, sonrakı illərdə Azərbaycan bu Hərəkatın qurucu qüvvəsini üzv dövlətlərin davamlı inkişafının təmin edilməsi ilə bağlı ən mühüm məsələlərin həllinə, yoxsulluğun azaldılmasına yönəldib, Qoşulmama Hərəkatının fəaliyyətinə dinamika vermək, institusional islahatları reallaşdırmaq üçün çox işlər görülüb, təşkilatın gənclər və parlament şəbəkələri yaradılıb. Bütün bu təşəbbüslər Qoşulmama Hərəkatının inkişafına təkan verib, onu amorf birlikdən dəqiq planlar əsasında fəaliyyət göstərən quruma çevirib.

Qarşıda görüləsi işlərin hələ çox olduğunu qeyd edən İ.Vəlizadə ümidvar olduğunu bildirib ki, Azərbaycanın sədrliyi Qoşulmama Hərəkatı çərçivəsində çoxsaylı pozitiv proseslərə təkan verib. Bu proseslər Hərəkatın beynəlxalq arenada rolunu və nüfuzunu əhəmiyyətli dərəcədə artıracaq.

Müsahibimiz deyib: “Beləliklə, Azərbaycan bir daha uca səslə bəyan etdi ki, bu dövlət özünün ideya və məqsədlərini ifadə etməklə yanaşı, beynəlxalq gündəlikdə duran əsas məsələlərin həlli üçün beynəlxalq birliyin üzvlərini səfərbər etməyi bacarır. Qoşulmama Hərəkatına sədrlik Azərbaycanın diplomatik potensialını artırdı, Azərbaycanla bizim regiondan uzaqda yerləşən dövlətlər arasında münasibətlərin inkişafına stimul verdi, Afrika, Asiya və Latın Amerikasında inkişaf etməkdə olan ölkələrin çoxunun Azərbaycana hörməti artdı. Digər tərəfdən, yadımızdadır ki, 44 günlük müharibə dövründə Azərbaycana çox böyük təzyiq göstərilirdi, çalışırdılar ki, Azərbaycan öz məqsədinə nail olmadan hərbi əməliyyatları dayandırsın. Lakin həmin dövrdə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvləri olan Qoşulmama Hərəkatı üzvlərinin dəstəyi Təhlükəsizlik Şurası çərçivəsində anti-Azərbaycan qətnamənin qəbul edilməsinin qarşısını almağa imkan verdi. Beləliklə, Azərbaycan özünün ədalətli tələblərini əsaslandıra bildi”.

Ekspert “Azərbaycanın sədrliyindən sonra Qoşulmama Hərəkatının gələcəyini necə görürsünüz?” sualının cavabında vurğulayıb ki, bu Hərəkatın əvvəlki kimi olmayacağını əminliklə söyləmək olar. O vurğulayıb: “Azərbaycanın sədrliyi bu təşkilatın tarixində əlamətdar hadisə olub. Gözləmək olar ki, bu illər ərzində cilalanmış formatlar inkişaf edəcək. Azərbaycan Qoşulmama Hərəkatının iştirakçıları üçün BMT Təhlükəsizlik Şurasının daimi üzvləri kimi yerin təmin edilməsi ilə bağlı məsələləri də qaldırıb. Bu qurumun ehtimal edilən islahatları çərçivəsində yəqin ki, bu proses sürətlənəcək, çünki Qoşulmama Hərəkatının onlarca üzvü bu təşəbbüsü dəstəkləyib. Azərbaycan həm də Qoşulmama Hərəkatının tamdəyərli beynəlxalq təşkilata çevrilməsi təşəbbüsünü irəli sürüb. Ümid edə bilərik ki, bu Hərəkat yaxın vaxtlarda Qoşulmama Təşkilatına çevriləcək və beynəlxalq arenada bütün iştirakçıların mənafeyini təmsil edən vahid qurum kimi çıxış edəcək. Digər tərəfdən, qeyd etməliyik ki, indiki vəziyyətdə, qlobal qütbləşmə şəraitində yeni soyuq müharibə başlana bilməsi, dünyanın yenidən bir neçə bloka bölünməsi ehtimalı hiss olunanda Qoşulmama Hərəkatı xüsusi aktuallıq kəsb edir və çoxqütblü dünyada yeni bir qütb kimi çıxış edir. Onun məqsədi planetin ayrı-ayrı aparıcı dövlətlərinin geosiyasi və ya hərbi-siyasi ambisiyalarını reallaşdırmaq deyil, bütün üzvlərin və onların hər birinin maraqlarını təmin etməkdir. Bu halda beynəlxalq hüququn aliliyi və təşkilatın təməl prinsipləri də təmin olunacaq”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastır Kompleksini ziyarət edirlər

Azərbaycanın idman gimnastı Parisdə bürünc medal qazanıb

İnvestorlar nə üçün məhz Azərbaycanı seçirlər?

® “Unibank” və FMO əməkdaşlığı bərpa edir: 50 milyon dollar kredit sazişi imzalanıb

Ekspert: İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ölkəmizin böyük iqtisadi potensialını göstərdi

Baş prokuror: Veteranlarla əməkdaşlığı davam etdirəcəyik

Azərbaycan komandası kibertəhlükəsizlik üzrə beynəlxalq yarışda uğur qazanıb

Vətən dar gündə tanınar: 44 günün dövlətçilik və milli həmrəylik dərsləri - ŞƏRH

Arif Əsədov: Millimizin qrupda birinci olmaq üçün yaxşı şansı var

Finlandiya müdafiə naziri İsrail silahlarına üstünlük verdiyini bildirib

Lüksemburqda 27 Sentyabr - Anım Günü qeyd olunub

İşğalın ağır mirası: Azərbaycanın təbii sərvətləri necə talan edilib? - ŞƏRH

“İnter” Hakan Çalhanoğlunun maaşında endirim istəyir

Gürcüstan Asiya İnfrastruktur İnvestisiya Bankı ilə Orta Dəhlizlə bağlı 158,5 milyon avroluq müqavilə imzalayıb

Türkiyə ildə 50 ton qızıl hasil edə bilər

Gənc Tamaşaçılar Teatrında “İnanıram” tamaşası nümayiş olunub

Sentyabrda Yaxın Şərq ölkələrinin neft ixracı fevraldan bəri ən yüksək göstəriciyə çatıb

DİM-in sürücülük imtahanında 580-dən çox namizəd iştirak edəcək

“İki əsgər” Şuşa Dövlət Musiqili Dram Teatrında

Çin üç mühüm sahədə ABŞ ilə razılıq əldə etdiyini açıqlayıb

Kamran Əliyev: Ermənistan vətəndaşlarına ittiham elan olunması və onların məhkəmə işinin yekunlaşması tarixi işdir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 28 sentyabr

Azərbaycan və Türkiyə şahmat sahəsində əməkdaşlığı genişləndirəcək

Qərbi Azərbaycanda tarixi abidələrimiz - Amağu məbədi

® “KitKat” fasiləsindən tribunaya: kampaniya qalibləri Formula 1 həyəcanını canlı yaşadılar

ABŞ məhkəməsi “Apple” şirkətinin 5,7 milyard dollar təzminat ödəməsinə qərar verib

Azərbaycanlı ekspert Beynəlxalq Nəqliyyat Forumunun tədqiqat layihəsinə rəhbərlik edəcək

Baş prokuror: Bu il əvvəlki illərdən bağlı qalmış 9 cinayət işi açılıb

Gənclər Kitabxanası Mir Cəlal Paşayevin elmi-ədəbi irsini müasir üsullarla təqdim edir

Gömrük Komitəsinin sədri Şirvanda vətəndaşların müraciətlərini dinləyəcək

Anım Günü “Azərxalça” ASC-də silsilə tədbirlərlə qeyd olunub

Baş Prokurorluğun nümayəndələri BMT-nin Cinayətkarlığın Qarşısının Alınması və Cinayət Ədliyyəsi üzrə XV Konqresində iştirak ediblər

Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər

İqtisadçı-alim: Azərbaycan biznes üçün maliyyə xidmətləri üzrə ən yüksək nəticəni göstərib

Gecə saatlarında Rusiya səmasında 254 dron vurulub

® Prokurorluq işçilərinə 3 faizədək endirimli, komissiyasız kredit

AMEA “Qarabağ: Arxeoloji mədəniyyətlər qovşağında” mövzusunda konfrans təşkil edəcək

ADPU-nun yeni strateji planı: 6 məqsəd, 34 konkret hədəf

Türk dünyası Anadolu-Cənubi Qafqaz-Türküstan geosiyasi xəttində yüksəlməyə davam edir - ŞƏRH

Mərkəzi Bank ilə “Citigroup” arasında strateji tərəfdaşlığın genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb

Paytaxtda avtobuslarla sərnişindaşıma 5,9 faiz artıb

“Azərişıq” nümayəndələri Şərurda fermer və sahibkarlarla görüşüblər

Fransada liseylərdə gərginlik: şagirdlər polis zorakılığından şikayət edir

BDU və 4SİM əməkdaşlığı: tələbələr üçün beynəlxalq sertifikat imkanı

Son iki gündə 99 cinayətin açılması təmin edilib

Fariz İsmayılzadə: İqtisadi artımın təməli məhz İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu kimi platformalarda qoyulur

BDYPİ yük avtomobillərinin sürücülərinə çağırış edib

Nizami Gəncəvi irsi: Bəşəri dəyərlər və müasir gənclik

Azərbaycan Avropa Şurasının Təhsil üzrə Rəhbər Komitəsinin iclasında təmsil olunub

Polşalı jurnalist: Puxaç “Sabah”dakı uğurlu çıxışı ilə özünü xatırladaraq milli komandaya yenidən qayıtdı – MÜSAHİBƏ

"Birliyin Gücü – 2026” təlimində mühəndis bölmələri peşəkarlıq nümayiş etdiriblər VİDEO

"Birliyin Gücü – 2026” təlimində mühəndis bölmələri peşəkarlıq nümayiş etdiriblər VİDEO

ABŞ alimləri: Onurğa sümüyündə mineralların azalması idrak geriləməsi ilə nəticələnir

Azərbaycanın qarşısında duran əsas vəzifə gələcək nəsillərə güclü, suveren və qalib dövlət mirası ötürməkdir

ASCO-nun bərələri ilə avtotexnika daşımalarında artım qeydə alınıb

UEFA Millətlər Liqası: Türkiyə bu gün İtaliyanı sınağa çəkəcək

Vətən müharibəsində Azərbaycan tarixinin ən şanlı səhifələrindən biri yazılıb ŞƏRH

Prezidentin Mətbuat Xidmətinin məlumatı

“OpenAI” agentləri BMT-nin veb-saytlarından birinə hücum etməyə cəhd edib

Prokurorluğun bir qrup əməkdaşına ali rütbələr və medallar verilib - Sərəncam

ADU türk dili və ədəbiyyatı ilə bağlı beynəlxalq simpoziuma ev sahibliyi edəcək

Süni intellekt, ailə, həyatın sonu... Papanın Fransaya səfərində həm də bu məsələlər gündəmdədir

Göygöldə qanunsuz tikili sökülüb VİDEO

Göygöldə qanunsuz tikili sökülüb VİDEO

Ukraynanın Kiyev vilayətinə intensiv zərbələr endirilib, ölənlər var

Yürgen Klopp Almaniya millisində antirekorda imza atıb

Ötən həftə 237 mina və 1436 partlamamış digər hərbi sursat zərərsizləşdirilib

Azərbaycan Respublikası Prokurorluğunun bir qrup əməkdaşının təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Hörmüz boğazında İranın raket hücumu nəticəsində ABŞ-nin 8 hərbi dənizçisi xəsarət alıb

Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələrin verilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Gənclər Akademiyası və milli yaddaş: Azərbaycan gəncliyinin elmi və vətəndaşlıq missiyası

İnvestisiya gündəliyində insan kapitalı: II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun mesajları

Fransada dövlət sektorunda çalışan minlərlə işçi tətilə hazırlaşır

ABŞ-dən olan basketbolçu Azərbaycan klubuna qayıdıb

Azərbaycan qılıncoynadanı Macarıstanda bürünc medal qazanıb

Paytaxtda avtoxuliqanlıq edən sürücü həbs olunub

Qızıl 107 dollar ucuzlaşıb VİDEO

Qızıl 107 dollar ucuzlaşıb VİDEO

Birjalarda neft bahalaşıb VİDEO

Birjalarda neft bahalaşıb VİDEO

Xiyabani küçəsi ilə Xarici Dairəvi yolun kəsişməsindəki hərəkət sxemi əsaslı şəkildə dəyişdiriləcək VİDEO

Xiyabani küçəsi ilə Xarici Dairəvi yolun kəsişməsindəki hərəkət sxemi əsaslı şəkildə dəyişdiriləcək VİDEO

Hərbi Prokurorluğun rəhbərliyi hərbi qulluqçuların xidmət və məişət şəraiti ilə tanış olub

Suraxanı və Qaradağın bəzi ərazilərinin qaz təchizatında fasilə olacaq

İmişli Şəkər Zavodunun boş anbarında baş verən yanğının görüntüləri VİDEO

İmişli Şəkər Zavodunun boş anbarında baş verən yanğının görüntüləri VİDEO

Qızılın qiyməti son bir ayyarımın minimumuna düşüb

® Bakıda “Xsolla” şirkətinin Tədqiqat və İnkişaf Mərkəzi fəaliyyətə başlayıb

FHN: Ötən həftə ərzində 469 yanğına çıxış olub, 4 nəfərin meyiti təhvil verilib

Yaponiyanın yeni raket sistemləri ilk dəfə ABŞ-lə birgə təlimlərdə nümayiş etdiriləcək

Ümumdünya Quduzluqla Mübarizə Günü: Ölümlə nəticələnən təhlükədən necə qorunmalı?

London Fairford bazasına hücum planında İranın mümkün rolunu araşdırır

Bakıda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq yaranıb

Tramp süni intellektlə bağlı bəyanat verəcək

İran ABŞ ilə Nyu-Yorkda yeni danışıqlar raundu planlaşdırmır

Yasamal və Nizami rayonlarında elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq

Əraqçi: Tehran istənilən münaqişəyə tab gətirməyə hazırdır

“Politico”: Aİ dörd ölkə üçün mərhələli üzvlük planları hazırlayır

Tramp ABŞ-dən dizel yanacağı ixracına qadağa qoyulmasını nəzərdən keçirir

Polşa öz ərazisində “Patriot” istehsalı zavodunun tikintisini təklif edib

“Hizbullah” Livanı İsraillə ikitərəfli danışıqları dayandırmağa çağırıb

İraq ABŞ-dən İranla uçuşlara icazə verməsini istəyir

Xaçmazda baş verən avtoqəza ilə əlaqədar xəstəxanaya 9 nəfər müraciət edib YENİLƏNİB VİDEO

Xaçmazda baş verən avtoqəza ilə əlaqədar xəstəxanaya 9 nəfər müraciət edib YENİLƏNİB VİDEO

Tokayev: Xəzərdə həlak olan hərbçilərə xilasetmə jiletləri verilməyib

Media: Netanyahu BƏƏ Prezidenti ilə görüşmək üçün gizli şəkildə Əbu-Dabiyə gedib