Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

AZƏRBAYCANIN RUSİYADAKI SƏFİRİ POLAD BÜLBÜLOĞLUNA “20O9-CU İLİN ADAMI” MÜKAFATI TƏQDİM OLUNMUŞDUR

Bakı, 3 mart (AZƏRTAC). Milli Qəhrəman Çingiz Mustafayev Fondu və ANS şirkətlər qrupu ölkəmizin Rusiya Federasiyasındakı səfiri, Xalq Artisti Polad Bülbüloğlunu “2009-cu ilin adamı” elan etmişdir.

Martın 3-də “Park İNN-Azərbaycan” mehmanxanasında mükafatın təqdim edilməsi mərasimi keçirilmişdir.

Mərasimi ANS şirkətlər qrupunun vitse-prezidenti Mirşahin Ağayev açaraq demişdir ki, bu ada Azərbaycan Respublikasının müstəqilliyi, onun çiçəklənməsi, dövlətimizin müsbət imicinin formalaşdırılması naminə sanballı xidmətləri ilə seçilmiş şəxslər layiq görülürlər. Bu sırada Polad Bülbüloğlunun özünəməxsus yeri vardır.

Tədbirdə çıxış edən ANS şirkətlər qrupunun prezidenti Vahid Mustafayev bildirmişdir ki, milli dirçəlişimiz sahəsində gördüyü işləri, vətənpərvərliyi ilə seçilən, eyni zamanda, yaratdığı “Məhəbbət və ölüm” baleti ilə xalqımızın azadlıq ruhunun ölməzliyini bir daha nümayiş etdirən Polad Bülbüloğlu 2009-cu ilin yekunlarına görə “İlin adamı” mükafatına layiq görülmüşdür.

Bildirilmişdir ki, Polad Bülbüloğlunun milli musiqi mədəniyyətimizin inkişafında, onun dünya miqyasında tanınmasında xidmətləri əvəzsizdir. P.Bülbüloğlu hələ gənc yaşlarından vaxtilə dünyanın altıdabir hissəsini əhatə edən SSRİ kimi nəhəng dövlətin ən populyar və sevilən müğənni-bəstəkarlarından biri kimi məşhurlaşmışdır.

Sənət, yaradıcılıq, ictimai xadim - bütün bunlar Polad Bülbüloğlunun ömür yolunu müşayiət edir. Onun “Şən Azərbaycan”, “Gəl, ey səhər”, “Dolalay”, “Dilin can incidəndir”, “Durnalar”, “Azərbaycan - odlar yurdum mənim” və s. mahnıları həmişə dillər əzbəri olmuşdur və indi də öz təravətini, gözəlliyini itirməmişdir. Polad Bülbüloğlunun bəstəkarlıq fəaliyyəti çoxcəhətlidir. Onun yaradıcılıq dünyasında irihəcmli simfonik əsərlər, kamera-instrumental musiqi nümunələri, müzikllər, kinofilmlərə, dram tamaşalarına yazılan musiqilər vardır. Bu əsərlər musiqi üslubunun orijinallığı, texniki kamilliyi və melodikliyi ilə seçilir.

P.Bülbüloğlunun bir ictimai xadim kimi çoxşaxəli və məhsuldar fəaliyyəti, gözəl təşkilatçılıq bacarığı özünü beynəlxalq təşkilatlarda tutduğu nüfuzlu mövqelərdə və vəzifələrdə də bariz şəkildə göstərir.

Dövlət rəsmilərinin, Milli Məclis deputatlarının, ölkəmizdə fəaliyyət göstərən səfirlərin və müxtəlif xarici təşkilatların nümayəndələrinin, ziyalılar və mədəniyyət xadimlərinin iştirak etdikləri tədbirdə Polad Bülbüloğlunun 2009-cu ildəki fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirilmişdir.

Sonra Polad Bülbüloğluna ənənəyə uyğun olaraq Çingiz Mustafayev Fondu tərəfindən 4000 AZN, ANS şirkətlər qrupu adından isə “Maurice Lacroix” qol saatı və diplom verilmişdir.

Polad Bülbüloğlu pul mükafatını Şuşa rayon İcra hakimiyyətinin başçısı, “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin sədri Bayram Səfərova təqdim etmişdir.

Tədbirdə çıxış edən Polad Bülbüloğlu vurğulamışdır ki, Çingiz Mustafayevin xatirəsinə təsis edilən bu mükafatı almaq olduqca şərəfli bir işdir. Düşünəndə ki, bu mükafatı alanların sırasında xalqımızın ulu öndəri, müstəqil Azərbaycanımızın qurucusu Heydər Əliyevin də adı vardır, insan çox böyük qürur hissi keçirir. Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, Qarabağ uğrunda gedən gərgin mübarizədə ölkəmizi dünya arenasında siyasi qətiyyət və inamla təmsil edən Prezident İlham Əliyevin, dünya ictimaiyyəti tərəfindən xeyirxahlıq nümunəsi kimi qəbul olunan Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın, şeyxülislam hacı Allahşükür Paşazadənin, Azərbaycanın görkəmli rəssamı Tahir Salahovun və digər insanların bu fəxri ada layiq görülməsi onun yüksək nüfuzundan xəbər verir.

Tanrıdan təkcə istəyim işğal altında olan torpaqlarımızın tezliklə azad edilməsi və övladlarımla birgə Şuşaya getmək, bu müqəddəs şəhəri yenidən Azərbaycan mədəniyyətinin döyünən ürəyi kimi görməkdir. Son vaxtlar ən çox dinlədiyim dahi Üzeyir bəyin bəstələdiyi və atam Bülbülün ifa etdiyi “Sənsiz” romansıdır. Ondakı həzin əzəmət, sonsuz kədər və sevinci sanki yaşa dolduqca daha çox anlayıram. Əlçatmazlığın necə ağır yük olduğunu daha aydın başa düşür, bütün varlığımla hiss edirəm. İndi artıq “Sənsiz” mənim üçün Qarabağsız, Şuşasız, Xarı Bülbülsüz yaşanan hər bir gün sonu görünməyən illərə dönüb. Amma nə qədər ki, Çingizlərin, Salatınların, Xocalıda qəddarcasına öldürülənlərin, minlərlə şəhidlərimizin narahat ruhu bizim ürəklərimizin “qapısını” döyür, Azərbaycan dövləti, xalqımız Qarabağı kimsəyə verməyəcəkdir. Sənsizlik, xalqımızın qələbəsi ilə bitməlidir. Mən də öz növbəmdə hər zaman olduğu kimi, bundan sonra da bu həsrətə son qoyulmasından ötrü əlimdən gələni edəcəyəm.

Miniatür Kitab Muzeyinin təsisçisi və qurucusu Zərifə Salahova Polad Bülbüloğluya həsr edilmiş miniatür kitabı ona təqdim etmişdir.

Mərasimdə Polad Bülbüloğlu mahnılar ifa etmişdir.

######

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bəhruz Nəbiyev: Peşəkar Çövkən Liqasında iştirak edəcək komandaların sayı növbəti illərdə artırılacaq

Tərtər rayonunda mina hadisəsi baş verib

Qazaxıstan Prezidenti ŞƏT üzvü olan ölkələrin xarici işlər nazirlərini qəbul edib

RF Dövlət Dumasının sədri İran Prezidenti ilə vida mərasimində nümayəndə heyətinə başçılıq edəcək

Paytaxt məktəblərində operativ monitorinqlər davam edir

İçərişəhərdə “Xəzinə” muzey ekspozisiyasının açılış mərasimi keçirilir

Akademik Nizami Cəfərovun tərcüməsi ilə nəşr edilmiş kitabın təqdimatı keçirilib

Zaqatalalı kümçü: Baramaçılıq çox sərfəli və gəlirli təsərrüfat sahəsidir

Cəfər Cabbarli və milli istiqlal hərəkatı - seminar

Milli Məclisin növbəti iclasının gündəliyi bəlli olub

Türkiyə Əfqanıstan ilə aviareysləri bərpa edib

Londondan Sinqapura uçan təyyarə güclü hava boşluğuna düşüb

BDU Türkiyənin Kahramanmaraş Sütcü İmam Universiteti ilə əməkdaşlıq edəcək

Toni Kroos karyerasını başa vuracağını açıqlayıb

Hindistan vətəndaşlarını ABŞ-a aparmaq adı ilə aldadan pakistanlı saxlanılıb VİDEO

Türkiyənin vitse-prezidenti Selcuk Bayraktara təşəkkür edib

2013-2023-cü illərdə mövcud olan veb-səhifələrin dörddəbiri yoxa çıxıb

BMT: Əfqanıstanda daşqınlar 30 mindən çox insana təsir göstərib

“Arbitraj haqqında” Qanunun beynəlxalq model qanunun tələblərinə uyğun olması təsdiq edilib

Qubada bilyard turniri keçirilib

Kubada birgünlük matəm elan edilib

Azərbaycan və Türkiyənin ombudsmanları ŞKTR parlamentində olublar

Mikrobiologiya İnstitutu ilə Türkiyənin Altınbaş Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb

Ekvadorun cənub-qərbində sahilboyu zonada 5,5 bal gücündə zəlzələ baş verib

ŞKTR Prezidenti Azərbaycan və Türkiyənin ombudsmanlarını qəbul edib

Azərbaycanda ilk dəfə keçirilən Peşəkar Çövkən Liqasının açılış mərasimi olub

AzMİU ilə ABŞ şirkəti arasında əməkdaşlıq məsələləri müzakirə olunub

Humanitar Kollec beynəlxalq əlaqələrini genişləndirir

Birinci Qarabağ müharibəsi şəhidi Keşlə qəsəbəsindəki Şəhidlər xiyabanında dəfn olunub

Avropa çempionatı: Azərbaycanın 3 güləşçisi yarımfinala vəsiqə qazanıb

Gürcüstan DİN narkotiklərlə əlaqədar 77 nəfəri saxlayıb

Nəşi 30 ildən sonra tapılan şəhid Arif İmaməliyev dəfn olunub

"CareerLaw" layihəsi çərçivəsində BDU-nun Hüquq fakültəsinin tələbələri ilə ilk görüş keçirilib

Azərbaycan millisinin yoldaşlıq oyunlarına hakim təyinatları açıqlanıb

® “Bakcell”in baş icraçı direktoru Müasir Təhsil Kompleksinin şagirdləri ilə görüşüb

Nazir: Özbəkistanlı həmkarlarımızı COP29-da iştirak üçün Bakıya dəvət edirik

COP29-la bağlı vergi güzəştlərinin tətbiqi təsdiqləndi

“Dövlət rüsumu haqqında” Qanunda dəyişiklik edilib

İqtisadiyyat naziri: Azad olunan ərazilərdə Özbəkistanla tekstil sahəsində birgə iş planlaşdırılır

Xalq artisti Yeganə Axundova Estoniyada konsert proqramı verib

Mikayıl Cabbarov: Özbəkistanla müxtəlif sahələrdə geniş əməkdaşlıq gündəliyi işlənib hazırlanıb

Milli Məclisin növbəti plenar iclasının vaxtı açıqlanıb

Prezident İlham Əliyev İranın ölkəmizdəki səfirliyində olub, İran Prezidentinin və digər şəxslərin helikopter qəzasında həlak olmaları ilə əlaqədar başsağlığı verib YENİLƏNİB VİDEO

Azərbaycan parlamentində İran Prezidentinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib

ATMU nümayəndələri məktəblərdə təqdimatlar ediblər

“Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”də dəyişikliklər edilib

Dünya futbolunda ən uzun penaltilər seriyası qeydə alınıb

Samur çayı üzərində Azərbaycan ilə Rusiya arasındakı avtomobil körpüsünün istismarı qaydaları müəyyənləşir

“Sərhəddə ticarət üzrə dövlət xidmətlərinin səmərəliliyinin artırılması” altqrupunun iclası keçirilib

Əqli Mülkiyyət Agentliyində təlim keçirilib

Sabah Bakıda və Abşeron yarımadasında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir

Şəhidin həyat yoldaşı: Təskinlik tapırıq ki, ziyarət edəcəyimiz yer var

Azərbaycan və Qazaxıstan dəniz gəmilərinin heyət üzvlərinin diplomları qarşılıqlı tanınacaq

Dünya çempionu: Milli komandamızın Parisdə də yaxşı nəticələr qazanacağına ümid edirəm

Azərbaycan ilə Qazaxıstan arasında təhsil sahəsində əməkdaşlıqla bağlı sazişə dəyişikliklər edilib

Evdə sosial xidmət göstərilən ahıl vətəndaşın 100 illiyi qeyd edilib

Prezident İlham Əliyev Özbəkistanın investisiya, sənaye və ticarət nazirini qəbul edib  YENİLƏNİB VİDEO

Naxçıvanda “Təmiz hava” aylığı çərçivəsində reyd keçirilib

Gürcüstanın Seçki Məcəlləsinə dəyişikliklər olunacaq

Azərbaycan yazıçısı Ümumdünya Yazıçılar Təşkilatının katibi seçilib

“Şuşa Türk Dövlətləri Birliyinin Mədəniyyət İncisidir” - beynəlxalq uşaq yaradıcılıq festivalı keçiriləcək

Alman iqtisadçılarının proqnozları bədbindir

® “STP Şirkətlər Qrupu” Qarabağ bölgəsində qurulan yeni stansiyanı avadanlıqla təchiz edib

AMB: Bugünkü hərracda tələb 80 milyon dollara yaxın olub

Birinci Qarabağ müharibəsində itkin düşən şəhidimiz torpağa tapşırılıb VİDEO

SXA-nın Əlilliyi olan şəxslərin Peşə-əmək Reabilitasiyası Mərkəzinin beş yetirməsinə təhsil proqramı və kompüterlər hədiyyə edilib

Xalq artisti Azər Zeynalov “Gəncəyə gəlirəm” adlı solo konsert proqramı ilə çıxış edib

Parlamentdə İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı qəbul edilib

Pakistanın Pəncab əyalətində məktəblər bir həftəlik bağlanacaq

ŞƏT Xarici İşlər Nazirləri Şurası Astanada son regional prosesləri müzakirə edir

Azərbaycanın stolüstü tennisçiləri Avropa birinciliyində iştirak edəcəklər

Yüksək nəticə göstərən şagird: Uğur əldə etmək üçün nizam-intizamlı olmaq mütləqdir FOTO

Ermənistanın hakim partiyası Paşinyanın istefasını müzakirə etmək niyyətində deyil

FAO-nun Azərbaycandakı nümayəndəsi: Dünyada bitkilərin sağlamlığı çox ciddi problemlərlə üz-üzədir

DİN: Paytaxt və bölgələrdə keçirilmiş əməliyyatlar nəticəsində 46 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb VİDEO

Azərbaycanda zərgərlik üzrə yeni dövlət standartları qəbul edilib

Daşkənddə azərbaycanlı alimin özbək dilində çap olunmuş kitabının təqdimatı keçirilib

FAO-nun nümayəndəsi: Müasir həyat tərzimiz bitkilər və onların rifahı üçün təhlükə yaradır

Qubada II Azərbaycan-Özbəkistan Regionlararası Forumu keçirilir

Nazir müavini: Ölkədə Eldar şamı və zeytun ağaclarında xəstəliklərin miqyasının genişlənməsi müşahidə edilir

Qazaxıstan yığmasının Azərbaycan millisi ilə oyun üçün heyəti açıqlanıb

Ötən il fitosanitar sabitliyin təmin edilməsi məqsədilə 636 min hektar sahədə müşahidə aparılıb

Peruda yol-nəqliyyat qəzası nəticəsində səkkiz nəfər ölüb

Psixoloji-tibbi-pedaqoji komissiyaların yeni tərkibinin formalaşdırılması ilə bağlı imtahanın vaxtı açıqlanıb

İlyas Əfəndiyevin 110 illik yubileyi “Boy çiçəyi” tamaşası ilə qeyd edilib

Mirzə Bala Məhəmmədzadənin “Seçilmiş əsərləri” çapdan çıxıb

® Kredit öhdəliyini “Kapital Bank”a gətirənlər üçün əlverişli təkliflər davam edir

“Formula 1”: Məktəblilər Azərbaycan Qran-Prisinə hazırlıq prosesi ilə tanış olublar

Mayın 21-i Beynəlxalq Çay Günüdür

“AzerGold”un yeni qızıl sikkə kolleksiyası İçərişəhərə həsr olunub

ŞKTR-in naziri: Azərbaycan parlamenti Lefkoşanın təcridinə son qoyulması istiqamətində mühüm addım atıb

İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı parlamentdə müzakirəyə çıxarılıb

Stokholmda Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinə həsr olunmuş konfrans keçirilib

Naxçıvanda Dövlət Su Ehtiyatları Agentliyi yaradılıb

Azərbaycan Ordusunun hərbi qulluqçuları “EFES - 2024” çoxmillətli təlimində növbəti tapşırıqları icra ediblər VİDEO

Naxçıvanda əmək yarmarkasına 280-dən çox vakansiya çıxarılıb

Təbrizdə İranın mərhum Prezidenti və xarici işlər naziri ilə vida mərasimi keçirilir

Baş məşqçi: Hidayət Heydərov dünya çempionluğuna layiq idi

Lətif Qasımov: Bəzi ölkələrdə ərzaq qıtlığı real təhlükəyə çevrilib

Türkiyənin dövlət strukturlarında fəaliyyət göstərən 44 FETÖ üzvü saxlanılıb