Azərbaycanın stolüstü tennisçisi Gənclərin Olimpiya Oyunlarına ilk lisenziyanı qazanıb
Bakı, 6 noyabr, AZƏRTAC
Stolüstü tennisçimiz 2018-ci ildə keçiriləcək Gənclərin Olimpiya Oyunlarına lisenziya qazanıb. Bu, Azərbaycan stolüstü tennisinin tarixində ilk lisenziyadır.
Azərbaycan Stolüstü Tennis Federasiyasından AZƏRTAC-a bildiriblər ki, lisenziya noyabrın 3-5-də Xorvatiyanın Split şəhərində keçirilən Gənclərin Olimpiya Oyunlarının Avropa təsnifat turnirində qazanılıb. İlk lisenziyanı millimizin aktivinə Ninq Jinq yazdırıb.
Gənclərin Olimpiya Oyunları 2018-ci ilin oktyabrında Argentinanın paytaxtı Buenos-Ayresdə keçiriləcək.
İlk dəfə 2010-cu ildə Sinqapurda təşkil olunan Gənclərin Olimpiya Oyunları 2012-ci ildə Avstriyada, 2014-cü ildə Çində, ötən il Norveçdə keçirilib. 2020-ci ildə isə Oyunlara İsveçrə ev sahibliyi edəcək.