Azərbaycanla İsrail arasında xam neft və neft məhsullarının ticarəti barədə fikir mübadiləsi aparılıb
Bakı, 21 sentyabr, AZƏRTAC
Sentyabrın 21-də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf İsrailin ölkəmizdəki səfiri Corc Diklə görüşüb.
SOCAR-dan AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycan-İsrail iqtisadi əlaqələrinin uğurla inkişaf etdiyi bildirilib və iki ölkə arasında neft-qaz sektorunda səmərəli əməkdaşlığın əhəmiyyəti qeyd olunub.
Görüş zamanı xam neft və neft məhsullarının ticarəti, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.