Azərbaycanlı alim Ümumdünya Səhiyyə Təşkilatının sertifikatına layiq görülüb
Bakı, 24 iyul, AZƏRTAC
Azərbaycan Dövlət iqtisad Universitetinin (UNEC) baş müəllimi Sevda Məmmədova Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) sertifikatına layiq görülüb.
S.Məmmədova AZƏRTAC-a açıqlamasında bildirib ki, COVID-19-la əlaqədar olaraq səhiyyə sistemində islahatlar, xüsusi ilə də səhiyyənin maliyyələşməsi məsələləri dövlət, özəl, qeyri-hökumət təşkilatları, elm mərkəzləri və ali təhsil müəssisələri tərəfindən ciddi tədqiq olunur. Bu məqsədlə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) səhiyyənin maliyyələşməsi kursu üzrə sertifikatlı təlim proqramı keçirib. Proqram 6 moduldan ibarət olub: səhiyyə sferasının maliyyələşməsi haqqında ümumi anlayış, maliyyə vəsaitlərinin toplanması, akkumulyasiya, tibbi xidmətlərin satın alınması, dövlət təminat paketinin dizaynı, qısa icmal. Bu sertifikasiya proqramında S.Məmmədova iştirak edib, bütün modullardan yüksək qiymət alaraq ÜST-nin direktoratı tərəfindən sertifikata layiq görülüb.
Qeyd edək ki, iqtisad üzrə fəlsəfə doktoru S.Məmmədova Azərbaycanda ilk dəfə səhiyyənin maliyyələşməsi mövzusunda dissertasiya işinin müdafiəsinə görə alim adını qazanıb. Səhiyyənin maliyyələşməsi sahəsində 50-dən çox elmi əsəri, o cümlədən “Finansı”, “Finansı i kredit”, “Ekonomika i upravleniye”, “Belarus Dövlət İqtisad Universitetinin elmi əsərləri” və digər jurnallarda dərc olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.02.2026 [11:25]
Yeni təmir olunmuş bağçaya elektron qeydiyyat başlanıb
- 11.02.2026 [11:24]
BDU-da elmi seminar: Quran dilinin özünəməxsus tərkibləri
- 11.02.2026 [10:13]
Bakı Ali Neft Məktəbinin rəhbərliyi ADAU-da
- 11.02.2026 [10:10]
Fevralın 11-i Qadınlar və Qızlar Elmdə Beynəlxalq Günüdür
- 10.02.2026 [17:59]
AMEA alimləri Ağdamdakı “İmarət” kompleksində tədqiqat aparıblar
- 10.02.2026 [17:48]
GDU-da elektron kitabxana istifadəyə verilib
Azərbaycan nefti cüzi ucuzlaşıb
- [10:26]
Kanadada atışmada 8 nəfər ölüb
- [06:49]
Fransada şərab ixracı azalıb
- [03:26]
Virtual tələlər: oyunlar uşaqların psixologiyasını necə dəyişir?
- 10.02.2026 [23:23]
“Lufthansa” aviaşirkətinin pilot və bələdçiləri birgünlük tətil edəcəklər
- 10.02.2026 [23:10]
ABŞ klubunun meneceri: Nəriman komandaya yeni nəfəs gətirəcək
- 10.02.2026 [22:46]
ABŞ klubu azərbaycanlı futbolçunun transferini açıqlayıb
- 10.02.2026 [22:28]
Aprel ayında “ƏSA” Teatrı “Paris Notr-Dam” musiqili tamaşasını təqdim edəcək
- 10.02.2026 [22:09]
ABŞ ilə Azərbaycan hərbi-texniki sahədə əməkdaşlığı genişləndirir
- 10.02.2026 [21:49]
Azərbaycan və ABŞ süni intellekt sahəsində əməkdaşlıq edəcək
- 10.02.2026 [21:33]
Azərbaycan ilə ABŞ regional bağlantılar sahəsində tərəfdaşlığı gücləndirir
- 10.02.2026 [21:30]