Azərbaycanlı alimin BMT-nin regional seminarında məruzəsi dinlənilib
Bakı, 1 aprel, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının Radiasiya Problemləri İnstitutunun laboratoriya rəhbəri, AMEA-nın müxbir üzvü İslam Mustafayev Birləşmiş Millətlər Təşkilatının (BMT) Ətraf Mühit Proqramının Qazaxıstanın Almatı şəhərində “Boyalarda qurğuşun problemi” mövzusunda keçirdiyi regional seminarda iştirak edib.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, seminarda qurğuşunun insan orqanizminə və ətraf mühitə təsiri, boyaların tərkibində qurğuşunun miqdarını məhdudlaşdıran normativ-hüquqi aktların yaradılması və gələcək fəaliyyətin prioritetləri müzakirə olunub. Seminarda İ.Mustafayevin Azərbaycanda bu sahədəki mövcud vəziyyətə dair məruzəsi dinlənilib.
Tədbirdə BMT-nin Avropa İqtisadi Komissiyasının ekspertləri, ümumilikdə 12 ölkənin elmi mərkəzlərinin alimləri, ekologiya, səhiyyə və hüquq sahəsində çalışan mütəxəssislər, həmçinin qeyri-hökumət təşkilatlarının nümayəndələri təmsil olunublar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [19:52]
“Macar-Azərbaycan ortaq etnik kökləri” kitabının təqdimatı olub
- 10.06.2026 [18:22]
Rektor çempion olan AzTU komandasını təbrik edib
- 10.06.2026 [17:57]
ADPU ilk dəfə RUR beynəlxalq universitet reytinqində yer alıb
- 10.06.2026 [17:51]
Coğrafiya İnstitutu sürüşmə riski olan əraziləri açıqlayıb
- 10.06.2026 [17:09]
ADU-da “Çin dili körpüsü” müsabiqəsinə yekun vurulub
- 10.06.2026 [17:02]