Azərbaycanlı alimlərin koronavirusa dair məqaləsi beynəlxalq jurnalda dərc olunub
Bakı, 8 may, AZƏRTAC
AMEA-nın Radiasiya Problemləri İnstitutunun alimləri, professor Rövşən Xəlilov və biologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Nəsibovanın “Ətraf mühitdə yeni növ koronavirusun (COVID-19) yayılması, müqaviməti, ölümü və genetik müxtəlifliyinə ümumi baxış” adlı məqaləsi beynəlxalq “Advances in Biology & Earth Sciences” jurnalında dərc edilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, məqalədə dünyanın bir çox ölkəsində insanların koronavirus pandemiyasına yoluxması, virusun sürətlə yayılması, yaratmış olduğu təhlükələr və qlobal problemlər, eyni zamanda, COVID-19-dan qorunma yolları haqqında məlumatlar əksini tapıb.
Qeyd edək ki, sözügedən jurnal “Google Scholar”, “DOAJ”, “RSCI”, “Ulrich's Periodicals Directory”, “CAB Abstracts”, “EBSCO” və “HINARI” kimi elmi bazalarda indeksləşdirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [18:20]
Yeni təmayül tədris modeli çərçivəsində yay düşərgəsi təşkil olunub
- 12.06.2026 [18:04]
Bu il Azərbaycanın ali məktəblərini 63 mindən çox tələbə bitirir
- 12.06.2026 [17:44]
Regionun aparıcı ali təhsil ocağı: BDU yeni məzunlarını yola salır
- 12.06.2026 [17:20]