Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycanlı diplomat Almaniyada “Səfirlə söhbət” verilişinin qonağı olub VİDEO

Berlin, 7 sentyabr, AZƏRTAC 

Azərbaycanın Almaniyadakı fövqəladə və səlahiyyətli səfiri Ramin Həsənov sentyabrın 5-də “Business & Diplomacy” jurnalının “Səfirlə söhbət” (“Botschafter-Gespärch”) silsiləsindən növbəti verilişinin qonağı olub.

Əvvəlcə “Business & Diplomacy” jurnalının naşiri Frank Şüttiq, eləcə də tədbirə ev sahibliyi edən “Pestana Hotel” və tədbirin sponsoru “Jaguar Land Rover” şirkətinin nümayəndələri “Səfirlə söhbət” layihəsi çərçivəsində sayca beşinci olan tədbirin iştirakçılarını salamlayıblar. Çıxış edənlər bildiriblər ki, sözügedən tədbirə çoxsaylı iştirakçıların qatılması Azərbaycana olan böyük ictimai marağın göstəricisidir.

Tədbirdə çıxış edən səfir Ramin Həsənov geniş auditoriya qarşısında əvvəlcə Frank Şüttiqin və jurnalın baş redaktoru Rayner Şubertin, daha sonra isə tədbir iştirakçılarının Azərbaycana aid müxtəlif mövzulu suallarını cavablandırıb.

Səfir Şərqlə Qərbin qovuşuğunda yerləşən Azərbaycanın müxtəlif mədəniyyətlərin və dinlərin tarixən birgə yaşadığı, hazırda isə özünün multikulturalizm və tolerantlıq ənənələri ilə bütün dünyaya örnək olan, eləcə də bu dəyərləri bütün dünyada təşviq edən ölkə olduğunu bildirib. R.Həsənov Avropa ilə Asiya arasında körpü rolu oynayan ölkəmizin həm özünün tarixi köklərinə, milli-mədəni dəyərlərinə, həm də dünyəvi konstitusiya quruluşuna sadiq olduğunu vurğulayıb.

Diplomat Azərbaycanın çətin geosiyasi məkanda tam müstəqil və balanslaşdırılmış xarici siyasət yürütdüyünü, bütün qonşuları ilə dost və mehriban qonşuluq münasibətləri saxlamağa çalışdığını qeyd edib. Əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş uğurlu neft strategiyası sayəsində ölkəmizin xarici investorları və tərəfdaşları regiona cəlb etdiyini, bir sıra transregional layihələri müvəffəqiyyətlə həyata keçirdiyini və hazırda Cənub Qaz Dəhlizi kimi nəhəng layihəni reallaşdırmaqda olduğunu bildirib.

Səfir Cənub Qaz Dəhlizinin regional inkişafa və əməkdaşlığa verdiyi töhfəni, eləcə də Avropanın enerji təchizatının şaxələndirilməsi və enerji təhlükəsizliyinin təmin edilməsində oynayacağı rolu qeyd edib. Bildirilib ki, TANAP və TAP layihələri üzrə işlərin xeyli hissəsi artıq başa çatıb. Almaniyanın “Uniper” enerji şirkəti Cənub Qaz Dəhlizi vasitəsilə Azərbaycan qazını Avropa bazarına çıxaracaq.

Ölkəmizdə iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı istiqamətində görülən işlərdən, biznes mühitinin təkmilləşdirilməsi üçün göstərilən səylərdən danışan səfir Azərbaycanda xarici sərmayəçilər üçün əlverişli investisiya mühitinin yaradıldığını bildirib.

R.Həsənov bütün qonşuları ilə konstruktiv əməkdaşlıq edən Azərbaycanın yalnız onun ərazisinə hərbi təcavüz etmiş və torpaqlarını beynəlxalq hüquqa zidd olaraq işğal altında saxlayan Ermənistanla münasibətlərinin gərgin olduğunu bildirib. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin və ətraf rayonlarının qonşu Ermənistan tərəfindən işğal edildiyini, münaqişənin həlli üçün ATƏT-in Minsk Qrupu çərçivəsində aparılan danışıqlarda Ermənistanın tutduğu qeyri-konstruktiv mövqe nəticəsində indiyədək heç bir irəliləyişin olmadığını diqqətə çatdırıb.

Münaqişənin həlli imkanlarına toxunan səfir bunun yalnız beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq, Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığı çərçivəsində mümkün olduğunu, Ermənistanın rəhbər tutduğu xalqların öz müqəddəratını təyin etmə hüququnu təhrif etdiyini bildirib. O, Dağlıq Qarabağın müstəqil olmasının və ya Ermənistana birləşdirilməsinin beynəlxalq hüquqa zidd olduğunu, Azərbaycanın da bununla heç vaxt barışmayacağını vurğulayıb.

R.Həsənov Minsk Qrupunun həmsədr ölkələrinin münaqişənin həlli prosesinə təsir göstərmək iqtidarında olduqlarını bildirib. O, qeyd edib ki, həm vasitəçilər, həm də digər ölkələr Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə yanaşmalarını ikili standartlarla deyil, beynəlxalq hüquq çərçivəsində qursalar, münaqişənin sülh yolu ilə və ədalətli həllinə töhfə vermiş olarlar. Səfir Azərbaycanın avropalı tərəfdaşlarından gözləntilərinin də məhz bu olduğunu diqqətə çatdırıb.

Sonra Azərbaycanda alman məskənlərinin salınmasından söhbət açılıb. Səfir 200 il əvvəl Şərqə üz tutmuş şvab almanlarının Azərbaycanda tolerantlıq və xoş məramla qarşılandıqlarını bildirib. Diplomat ölkəmizdə məskunlaşmış yüzlərlə alman ailəsinin Azərbaycanın siyasi, iqtisadi və mədəni həyatında fəal iştirak etdiyini, o cümlədən respublikamızda şərabçılıq ənənələrinin əsasını qoyduqlarını bildirib. Qeyd olunub ki, Cənubi Qafqazda alman məskənlərinin salınmasının 200 illik yubileyi münasibətilə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən imzalanmış Sərəncama müvafiq olaraq tədbirlər planının hazırlanıb, həm Azərbaycanda, həm də Almaniyada bir sıra tədbirlər keçirilib. Sözügedən yubileyin cari il sentyabrın 19-da Parisdə UNESCO-nun mənzil-qərargahında təntənəli şəkildə qeyd ediləcəyini diqqətə çatdırılıb.

Azərbaycanda alman dilinin həm orta, həm də ali məktəblərdə tədris olunduğunu, ölkə gənclərinin alman dilini öyrənmələri üçün yaxşı imkanların mövcud olduğunu deyən R.Həsənov bir müddət əvvəl Almaniya Bundestaqının Azərbaycanda Qöte Mərkəzinin açılmasına dair qərar qəbul etdiyini vurğulayıb. Mərkəzin cari ildə istifadəyə veriləcəyi gözlənilir.

Azərbaycanın turizm imkanlarına toxunan səfir R.Həsənov ölkəmizin əcnəbi turistlər üçün maraqlı olan tərəfləri barədə məlumat verib, ölkəmizdə yüksək səviyyəli turizm infrastrukturunun yaradıldığını və Azərbaycanı ziyarət edən turistlərin sayının ildən-ilə artdığını bildirib.

Daha sonra səfir tədbir iştirakçılarının müxtəlif mövzularda suallarını cavablandırıb.

Sonda tədbir iştirakçılarının şərəfinə ziyafət verilib.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Azərbaycanlı diplomat Almaniyada “Səfirlə söhbət” verilişinin qonağı olub VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibi bəlli olub

Fərid Qayıbov: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçıların sayı kifayət qədər artıb

Süni intellektdən möhtəşəm abidələrə: Qazaxıstan paytaxtından REPORTAJ VİDEO

Süni intellektdən möhtəşəm abidələrə: Qazaxıstan paytaxtından REPORTAJ VİDEO

Azərbaycan Ankarada 4-cü Dünya Mədəniyyətləri Festivalında geniş təmsil olunub

Gəncə terrorunun şahidləri: Altı il keçsə də, həmin gecənin ağrısı unudulmayıb

Bu gün Beynəlxalq Qız Uşaqları Günüdür

“Kür” bu gün APOEL klubu ilə cavab oyununa çıxacaq

Üçüncü Beynəlxalq Xankəndi Ultramarafonunda sonuncu mərhələyə Ağdamda start verilib

Azərbaycan Premyer Liqasında VII tura 2 oyunla yekun vurulur

Honkonqda meymunçiçəyinə yeni yoluxma halları aşkarlanıb

Azərbaycan cüdo yığması dünya çempionatının qarışıq komanda yarışında Avstriya ilə qarşılaşacaq

BMT-nin Baş katibi Ər-Riyad hava limanına hücumu pisləyib

“İnter Mayami” Messi və Suaresin dubl etdiyi matçda böyükhesablı qələbə qazanıb

ABŞ ordusu Oman körfəzində ticarət gəmisini vurub

Türk dövlətlərinin iştirakı ilə ənənəvi futbol yarışı təşkil olunacaq

Ərəb koalisiyası Ər-Riyad aeroportuna hücumda husiləri günahlandırıb

Ər-Riyadda hava limanına raket hücumu nəticəsində 12 nəfər həlak olub

Hörmüz boğazında tankerə hücum edilib

Mourinyo “Vilyarreal”la oyundan sonra mətbuat konfransını boykot edib

Tramp: ABŞ-yə Kanadanın xokkey çubuqları və maskaları lazım deyil

Makronun populyarlıq reytinqi rekord səviyyədə aşağı düşüb

Yer kürəsində son 3 ayın ən güclü maqnit qasırğası baş verib

Almaniyada gənc siyasətçi qalmaqallı xəritə paylaşımından sonra istefa verib

ABŞ-də “İsayas” qasırğası nəticəsində ölənlərin sayı artıb

Beynəlxalq Cüdo Federasiyasının bayrağı dünya çempionatının növbəti ev sahibinə təhvil verilib

Argentina səfiri: Azərbaycanla bizi birləşdirən ortaq mədəni cəhətlər var

Bakıda beynəlxalq tanqo marafonu davam edir

Premyer Liqa: “Sumqayıt” komandası mövsümdə ilk qələbəsini qazanıb

Tramp: Zelenskiyə dedik ki, Rusiyanın neft emalı zavodlarını vurma

Azərbaycan Basketbol Liqası: “Neftçi” “Ordu”nu məğlub edib

Azərbaycanlı professorun kitabı ABŞ-də təqdim olunacaq

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Xəzərin dayazlaşması köçəri quşların məskunlaşmasına ciddi təsir göstərir

Baş nazir: Gürcüstanda yanacağın qiymətinin artımı dünyada baş verən proseslərlə əlaqədardır

Bu saata olan əsas xəbərlər

Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Ankara Universitetinin rektoru TAU-da olub

Çin Avropaya hibrid avtomobillərin ixracını azaltmaqla bağlı Aİ ilə razılığa gəlib

Fuad Yanqildin: Hədəf həmişə yüksəkdir

Mədinə Musayeva: Sabahkı oyunda da eyni performansı göstərə biləcəyik

2027-ci il üçün Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrına ayrılan maliyyə vəsaiti artırılır

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Uşanqi Kokauri dünya çempionatında gümüş medal qazanıb

Dünya çempionatı: Azərbaycan cüdoçusu bürünc medal qazanıb

“GastroFest 2026” festivalı yekunlaşıb

Macarıstan və Türkiyə diplomatik əməkdaşlığı genişləndirir

EYBA-nın payız konfransının iştirakçıları ADA Universitetində olub, təşkilatın Ümumi Yığıncağı keçirilib

Macarıstanın “Nepszabadsag” qəzeti on ildən sonra yenidən fəaliyyətə başlayıb

Rusiya bir sıra gürcü istehsalçılarının spirtli və qazlı içkilərinin idxalına və satışına qadağa qoyub

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Azərbaycan cüdo nümayəndələrinə 6-cı və 7-ci dan dərəcələri üzrə sertifikatlar təqdim edilib

Rəşad Aslanov: Türk dünyası gənclərinin əməkdaşlığı böyük əhəmiyyət daşıyır

Kiyevə atılan ballistik raketlər zamanı Azərbaycan restoranı dağılıb FOTOLAR

Rektor: Türkiyə-Azərbaycan Universiteti iki qardaş ölkə arasında əlaqələrin təhsil sahəsindəki təzahürüdür

Azərbaycan Basketbol Liqasında daha bir oyun keçirilib

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Çinin kənd təsərrüfatı üzrə yüksək texnologiyalar şirkətləri ilə əməkdaşlıq imkanları müzakirə edilib

Qazaxda ilk dəfə “Grace of Nature” bədii gimnastika turniri təşkil edilib

Professor Aida İmanquliyevanın elmi yaradıcılığına həsr olunmuş məqalə ərəb mediasında yayımlanıb

Beynəlxalq konfransın iştirakçıları Laçına səfər ediblər YENİLƏNİB VİDEO

Beynəlxalq konfransın iştirakçıları Laçına səfər ediblər YENİLƏNİB VİDEO

YAP-ın VIII Qurultayında Azərbaycan Prezidentinin nitqi və qarşıda duran vəzifələr – AMEA-da konfrans

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı birgə nahar ediblər VİDEO

BDYPİ həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə müraciət edib

Avropa Ağırlıqqaldırma Federasiyasının prezidenti Bakıya gəlib

Prezident İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul edib YENİLƏNİB VİDEO

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı “Bakı Ağ Şəhər”də olublar VİDEO

Səfir: İndoneziya şirkətlərinin Qarabağın bərpasında iştirakı əməkdaşlığımızın mühüm istiqamətlərindəndir

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır –  REPORTAJ  VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır – REPORTAJ VİDEO

İradə Axundova: Son 10 ildə Azərbaycanda vərəmdən ölüm göstəricisi üç dəfədən çox azalıb

“Gözəl və Bədheybət” tamaşası yenilənmiş səhnə tərtibatı ilə yenidən təqdim olunub

Soltan Məmmədov: Azərbaycanın Mərkəzi Asiya ilə strateji tərəfdaşlığı yeni inkişaf mərhələsinə qədəm qoyur

Dünyada dizel yanacağı ucuzlaşacaq

Türkiyəli nazir 15-18 yaşarası yeniyetmələrin sosial media hesablarının bağlanacağını bildirib

Dünya çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Baş direktor: Tənəffüs sistemi xəstəliklərinin qarşısının alınması müxtəlif ixtisaslar arasında sıx əməkdaşlıq tələb edir

Maks Ferstappen Sinqapur Qran-Prisində sprint yarışının qalibi olub

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər VİDEO

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər VİDEO

III Beynəlxalq Xankəndi Ultramarafonunda üçüncü mərhələyə yekun vurulub

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Şərqşünaslıq İnstitutunda Aida İmanquliyevanın elmi irsindən danışılıb

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Gəncə teatrında müharibənin insan taleyinə təsiri səhnələşdirilib

TƏBİB: Azad edilmiş ərazilərdə tibbi xidmətlərin müasir yanaşmalar əsasında qurulması istiqamətində işlər görülür

Belarus Üzgüçülük Federasiyasının sədri: Bakıdakı konqres yüksək səviyyədə təşkil olunub

Antoniu Silva: Bakı su idman növlərinin xəritəsində öz yerini tutur

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir VİDEO

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir VİDEO

Naxçıvanda Ərzurum Şəhər Teatrının “Madmazelin pişiyi” tamaşası nümayiş olunub

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir VİDEO

Kürşad Zorlu: Türkiyə-Azərbaycan qardaşlığı ortaq tarix, sarsılmaz birlik və vahid gələcək deməkdir

Səfir: İndoneziya və Azərbaycan arasında beş əməkdaşlıq layihəsi mövcuddur

Dünyada təxminən 1 milyard insan psixi pozuntulardan əziyyət çəkir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 10 oktyabr

Meksikada “Azərbaycan: Təbiətin palitrası” adlı sərgi açılıb

Dünyada hər səkkiz quş növündən biri nəsli kəsilmək təhlükəsi ilə üz-üzədir