Azərbaycanlı pianoçu Kembricdə beynəlxalq festivalda çıxış edib


Kembric, 26 aprel, AZƏRTAC
Azərbaycanlı pianoçu, beynəlxalq müsabiqələr laureatı və Prezident təqaüdçüsü Vüsalə Babayeva Böyük Britaniyada keçirilən beynəlxalq musiqi tədbirində uğurla çıxış edib.
AZƏRTAC xəbər verir ki, 2-ci Beynəlxalq Kembric Piano Festivalı çərçivəsində təşkil olunan məşhur professorların ustad dərslərində və konsertlərdə Vüsalə Babayeva da çıxış edərək tamaşaçıların böyük rəğbətini qazanıb.
Festival müxtəlif ölkələrdən gələn tanınmış pianoçuları bir araya gətirir və gənc istedadların musiqi sənətində inkişafına dəstək verməyi hədəfləyir.
Qeyd edək ki, Vüsalə Babayeva bir müddət öncə London Transport Muzeyinin artisti seçilib. O, Londonun ən nüfuzlu ali musiqi məktəblərində təhsil alan və bu layihəyə seçilən 10 gənc musiqiçidən biridir.
Festival aprelin 27-də başa çatacaq.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.05.2025 [15:29]
Qahirədə Britaniya Beynəlxalq məktəbində Azərbaycan mədəniyyəti tanıdılıb
- 19.05.2025 [15:22]
Azərbaycanın enoturizm potensialı inkişaf etdirilir
- 19.05.2025 [15:13]
Sumqayıt teatrında “Sehrli yaylıq” tamaşasının premyerası olub
- 19.05.2025 [10:58]
İtalyan pianoçu ilə ustad dərsi
- 19.05.2025 [10:41]
Bu gün Xalq şairi Rəsul Rzanın doğum günüdür
- 19.05.2025 [10:28]