ELM VƏ TƏHSİL
Azərbaycanlı şərqşünas alim “Osmanlı dönəmində Mardin” simpoziumuna dəvət edilmişdir
Bakı, 10 aprel (AZƏRTAC). AMEA-nın akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun Türkiyə tarixi və iqtisadiyyatı şöbəsinin elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Cavid Qasımov Mardin Artuklu Universiteti, “İstanbul Elm və Mədəniyyət” vəqfi və “Akademik Araşdırmalar” vəqfi tərəfindən aprelin 12-dən 14-dək Mardin şəhərində təşkil ediləcək “Osmanlı dönəmində Mardin” simpoziumuna dəvət edilmişdir.
İnstitutdan AZƏRTAC-a bildirmişlər ki, 30-dan çox ölkə alimlərinin iştirak edəcəyi simpoziumda azərbaycanlı şərqşünas alim “Osmanlı dönəmində Mardin vilayətinin sosial-iqtisadi vəziyyəti” mövzusunda məruzə ilə çıxış edəcəkdir.