Azərbaycanlı tibb bacısı beynəlxalq təşkilatın medalına layiq görülmüşdür
Bakı, 13 may (AZƏRTAC). Mayın 12-də Cenevrə şəhərində “Dünya tibb bacısı günü” münasibətilə Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara hərəkatının “Florens Naytingel” medalının 43-cü təltifetmə mərasimi keçirilmişdir.
Azərbaycan Qızıl Aypara Cəmiyyətindən (AQAC) AZƏRTAC-a bildirmişlər ki, azərbaycanlı tibb bacısı Vəfa Əmirova hərəkatın bu ən yüksək mükafatına layiq görülmüşdür.
Bu mükafat silahlı münaqişə və digər fəlakət qurbanlarına yardım etmək üçün xüsusi cəsarət və ictimai sağlamlıq sahəsində xidmətlər göstərmiş tibb bacılarına təqdim olunur.
V.Əmirova hazırda AQAC-ın Nizami rayon bölməsində tibb bacısı vəzifəsində çalışır. O, 16 il müddətində köməyə ehtiyacı olan insanlara qayğı ilə yanaşmış, “Azadlığa buraxılan vərəmli xəstə məhkumların müalicəsinə nəzarət”, “Dərmanlara davamlı vərəmli (MDR-TB) xəstələrin müalicəsinə nəzarət”, “İnsan qripi pandemiyasına humanitar hazırlıq” layihələrində xüsusi fəallıq göstərmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]