İQTİSADİYYAT
“Azercell” “Bölgələrdə limitsiz danış” kampaniyasına başlayıb
Bakı, 16 iyun, AZƏRTAC
“Azercell Telecom” bölgələrdə yaşayan abunəçiləri üçün yeni və sərfəli yay kampaniyasına başlayıb.
Şirkətdən AZƏRTAC-a bildirilib ki, “Bölgələrdə limitsiz danış” kampaniyası ilə indi SimSim abunəçiləri bölgələrdə günlük limitsiz danışıq paketini əldə edə bilərlər. “Azercell”in “Bölgə” tarifinə qoşulmuş abunəçilərinə təqdim etdiyi bu sərfəli kampaniyadan yararlanmaq üçün sadəcə 2323 nömrəsinə START SMS-ni göndərmək lazımdır. Günlük limitsiz danışıq paketi sifariş olunan günün sonuna qədər istifadə edilə bilər. Qeyd edək ki, kampaniyadan yalnız bölgələrdə yaşayan abunəçilər faydalana bilərlər.
“Bölgələrdə limitsiz danış” kampaniyası ilə “Azercell” 2012-ci ilin martında başladığı regionlarda mobil rabitənin inkişaf strategiyasını davam etdirir. Artıq bir neçə ildir ki, “Azercell”in bölgələrdə yaşayan abunəçiləri üçün sərfəli bölgə tarifi mövcuddur. Belə ki, həmin abunəçilər bölgə tarifinə qoşulmaqla, şəbəkədaxili zənglərdə 3-cü dəqiqədən sonra pulsuz danışıq imkanı əldə edirlər.