“Azercell” müştərilərə saat hesabı internet paketləri təklif edir
Bakı, 23 dekabr (AZƏRTAC). “Azercell Telekom” şirkəti mobil internetdən istifadə imkanlarını genişləndirmişdir. Artıq “Azercell” abunəçiləri 1 saat, 3 saat və həftəsonu “Tam limitsiz” internet paketlərindən istifadə edə bilərlər.
Şirkətdən AZƏRTAC-a bildirmişlər ki, 1 saatlıq internet paketinin qiyməti 0,4 manat, 3 saatlıq internet paketinin qiyməti 1 manat, həftəsonu “Tam limitsiz” internet paketinin qiyməti isə 2,4 manat təşkil edir. Paketlərdən birini aktiv etmək üçün müvafiq açar sözlərindən birini (“1 saat”, “3 saat” və ya “həftəsonu”) 2525 qısa nömrəsinə göndərmək lazımdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
Kosmik hava proqnozu açıqlanıb
- [14:42]
Bu saata olan əsas xəbərlər
- [12:00]
WUF13-ün ikinci günü – FOTOLAR
- [11:41]