“AZƏRDƏMİRYOLBANK”IN AKTİVLƏRİ 200 MİLYON DOLLARI ÜSTƏLƏMİŞDİR
AZƏRTAC xəbər verir ki, "Azərdəmiryolbank” ASC-nin aktivləri yanvar-aprel aylarında 22,6 milyon manat artaraq, mayın 1-nə 170 milyon manatı ötmüş, müştərilərin kreditləşməsi 139,2 milyon manata çatmışdır. Bu məbləğın 42,6 milyon manatı (30 faizi) istehlak kreditləri, 7,7 milyon manatı plastik kartlar vasitəsilə verilmış kreditlərın payına düşmüşdür.
Mayın 1-i vəziyyətinə müştərilərdən 49,5 milyon manat məbləğində depozitlər cəlb olunmüş, müddətli vəsaitlər 38,9 milyon manat təşkil etmişdir. Maliyyə sektoru qarşısında öhdəliklər ilin əvvəlindən 45 faiz artaraq, 72,6 milyon manata bərabər olmuşdur.
Bankın ödənilmiş nizamnamə fondu 10,4 milyon manat, məcmu kapitalı 31,6 milyon manat, hesabat dövründə mənfəəti 3,43 milyon manat olmuşdur.