“Azərenerji” payız-qış mövsümünə hazırdır
Bakı, 22 noyabr, AZƏRTAC
2022-2023-cü ilin payız-qış mövsümünə hazırlıq çərçivəsində “Azərenerji” ASC-nin müəssisələrində müvafiq tədbirlər həyata keçirilib. Ölkənin fasiləsiz elektrik enerjisi ilə təmin edilməsi, ixrac imkanlarının genişləndirilməsi, enerjinin istehsalı və ötürülməsi üzrə plan tapşırıqlarının yerinə yetirilməsi, enerji müəssisələrində açılma və imtinaların sayının minimuma endirilməsi qarşıya əsas vəzifə olaraq qoyulub.
ASC-dən AZƏRTAC-a bildirilib ki, bu məqsədlə enerji müəssisələrində planlı təmir, təmir-bərpa, yenidənqurma işləri həyata keçirilib. Lazımi yanacaq ehtiyatı tədarük edilib. Bundan başqa, əsas və köməkçi avadanlıqların təmiri təyin olunmuş normalara uyğun keyfiyyətlə yerinə yetirilib. Elektrik stansiyalarında texniki göstəricilərin yaxşılaşdırılması üzrə mühüm tədbirlər görülüb.
Yerinə yetirilmiş təmir işləri qiymətləndirildikdən sonra “Azərenerji”də yaradılmış Aidiyyəti Tədbirlər Planının yerinə yetirilməsi üzrə Komissiya tərəfindən müəssisələrə 2022-2023-cü ilin payız-qış mövsümünə “Hazırlıq Pasportu”nun verilməsi qərara alınıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [21:25]
Bakı–Naxçıvan marşrutu üzrə bəzi reyslər hava şəraitinə görə təxirə salınıb
- 13.06.2026 [14:33]
Startaplar üçün müsabiqənin növbəti mərhələsinə start verilib
- 13.06.2026 [10:30]
AZAL Naxçıvana uçuşları bərpa edib
- 12.06.2026 [18:19]