DÜNYA
“AZƏRENERJİ” VƏ DÜNYA BANKININ EKSPERTLƏRİ BİRGƏ HAZIRLANMIŞ LAYİHƏNİ MÜZAKİRƏ EDİRLƏR
“Azəreneji”nin mətbuat xidmətindən AZƏRTAC-ın müxbirinə verilən məlumata görə, əsas tərkib hissəsini elektroenergetika sahəsində dispetçer idarəetmə sisteminin yeniləşdirilməsi və ötürücü infrastrukturların yenidən qurulmasını təşkil edən layihə üçün Dünya Bankı 40 milyon ABŞ dolları məbləğində vəsait ayırmağa hazırdır. Bank layihə üzrə məsləhətçinin müəyyən edilməsi üçün artıq vəsait ayırmışdır. Missiyanın hazırkı səfərinin məqsədi ayrılacaq vəsaitlərin hansı istiqamətlərə yönəldiləcəyini müəyyənləşdirməkdir.
Layihənin texniki-iqtisadi əsaslandırılmasını (TİƏ) və müvafiq müsabiqə sənədlərini hazırlayacaq məsləhətçi şirkətin müəyyənləşdirilməsinə dair müsabiqənin 2003-cü ilin sonuna kimi elan olunması nəzərdə tutulmuşdur.