“Azerfon” MMC 4G texnologiyasının tətbiqinə hazırlaşır
Bakı, 13 may (AZƏRTAC). “Azerfon” MMC 4G texnologiyasının tətbiqinə hazırlaşır.
Şirkətdən AZƏRTAC-a bildirmişlər ki, mobil operatorun müştəriləri tezliklə mükəmməl rabitə xidmətlərindən faydalana biləcəklər. “Nokia Siemens Networks” (NSN) şirkəti ilə imzalanan müqaviləyə əsasən, “Azerfon” şəbəkəsinin genişləndirilməsi üçün 65 milyon ABŞ dollarından artıq sərmayə qoyaraq Azərbaycanda yüksək şəbəkə keyfiyyətini təmin edir. NSN şirkəti bunun üçün artıq hazırlıq işlərinə başlamış və yeni şəbəkə artıq 2011-ci ilin sonuna tamamlanacaqdır. Müqaviləyə əsasən, NSN “Azerfon”un şəbəkəsini ən müasir avadanlıqla təchiz edəcəkdir.
“Azerfon”un baş icraçı direktoru Yurgen Pitz demişdir: “Biz NSN şirkəti ilə əməkdaşlıq nəticəsində ilin sonunadək ölkə üzrə 1600-dən artıq (GSM/3G/4G) stansiyanı istifadəyə verəcəyik. Həmçinin, bu il biz şəhərin metro stansiyaları və stansiyalararası tunel xətlərində də keyfiyyətli şəbəkə quracağıq. Məqsədimiz hər iki brendimizin - “Nar Mobile” və “Azerfon-Vodafone”nun istifadəçilərini müasir şəbəkə və ən sərfəli qiymətlərlə təmin etməkdir.
NSN-in MDB ölkələri üzrə rəhbəri Ernst Nassl bildirmişdir ki, 2011-ci ildə “Azerfon”un abunəçiləri dünya standartlarına tam cavab verən mobil rabitə xidmətlərindən istifadə edə biləcəklər. Biz Azərbaycan abunəçiləri üçün ən qabaqcıl rabitə xidmətlərini təqdim etməyə imkan verən müasir şəbəkə təqdim edəcəyik.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.09.2026 [13:55]
® “Sabah Investment Group”un rəhbərliyi Acarıstana işgüzar səfər edib
- 09.09.2026 [13:23]
Baş katib: Azərbaycan bərpaolunan enerjiyə fəal investisiya yatırır
- 09.09.2026 [13:11]
TDT-nin Yaşıl Maliyyə Şurası əməkdaşlıq üzrə gündəliyini genişləndirib
- 09.09.2026 [13:06]
“ADY Express”: Orta Dəhlizlə konteyner daşımaları 11 faiz artıb VİDEO
- 09.09.2026 [13:04]
Azərbaycan İtaliyaya neft tədarük edən ölkələr siyahısında ilk üçlükdədir
- 09.09.2026 [12:57]