Azərbaycan Dövlət İnformasiya Agentliyi

“AZƏRİKİMYA” DÖVLƏT ŞİRKƏTİNDƏ TEXNOLOJİ QURĞULARIN SƏMƏRƏLİLİYİ ARTIRILIR, EKOLOJİ ŞƏRAİT YAXŞILAŞDIRILIR

Bakı, 8 sentyabr (AZƏRTAC). “Azərikimya” Dövlət Şirkətinin müəssisələrində son vaxtlar texnoloji qurğuların səmərəliliyinin yüksəldilməsi ilə xammal vahidindən məhsul çıxımının artırılması, ekoloji cəhətdən zərərli maddələrin yenidən texnoloji prosesə qaytarılması ilə ətraf mühitin sağlamlaşdırılması sahəsində mühüm uğurlar əldə edilmişdir.

Mövcud qurğu və avadanlığın səmərəliliyinin artırılması ilə bağlı həyata keçirilən ardıcıl və məqsədyönlü tədbirlər sayəsində son dövrlərdə şirkətin müəssisələrində xammallardan və enerjidaşıyıcılarından maksimum səmərəli istifadəyə, yararsız istehsalat tullantılarının həcminin xeyli azaldılmasına, bununla da ekoloji şəraitin daha da yaxşılaşdırılmasına nail olunmuşdur.

Şirkətin İstehsalat İdarəsinin rəisi Firəddin AXUNDOV bu barədə geniş məlumat verərək demişdir:

- İndiki dövrdə mövcud texnoloji avadanlıqla sabahın daha yüksək tələblərinə, yeniləşən dünya standartlarına cavab verə bilən, həm də ən müxtəlif çeşiddə kimyəvi məhsullar istehsal edib ixrac potensialını daha da artırmaq şirkətin zəngin istehsalat təcrübəsinə malik mühəndis-texnik korpusundan böyük səy və əzmkarlıq, novatorluq tələb edir.

Şirkətin müəssisələrində istehsalın sabitliyini, qurğuların təhlükəsiz və ekoloji cəhətdən normal istismarını təmin etmək məqsədi ilə son vaxtlarda bir çox vacib texniki tədbirlər, o cümlədən ixtiraçılar və səmərələşdiricilər tərəfindən təklif olunan yeniliklər həyata keçirilir. Görülən tədbirlər öz səmərəsini verməkdədir.

Bu baxımdan “Sintezkauçuk” zavodunun texniki izopropil spirti sexində aparılmış texniki yeniliklər xüsusilə diqqətəlayiqdir. Belə ki, burada iş prosesi zamanı müəyyən səbəblərdən texnoloji avadanlıq vaxtından tez sıradan çıxırdı ki, bu da müəyyən məhsul itkisi ilə nəticələnirdi. Şirkətin mütəxəssisləri bunun səbəbini araşdıraraq texnoloji prosesdə alınan işlənmiş aşağı qatılıqlı sulfat turşusunun soyudulması məqsədi ilə texnoloji sxemə layihə üzrə əvvəlcədən nəzərdə tutulmamış yeni bir soyuducu qoşmaq qərarına gəlmişlər. Nəticə uğurlu olmuşdur. Texnoloji qurğuda boşdayanmaların qarşısı alınmış, onun fasiləsiz işləməsi təmin edilmiş və məhsul itkisi aradan qaldırılmışdır. Eyni zamanda, ətraf mühitə atılan qaz tullantıları təkrar istehsala qaytarılmış, əlavə məhsul alınmasına nail olunmuşdur.

Həmin sexin vakuum-buxarlandırma qurğusunda aparılmış texniki dəyişiklik nəticəsində isə işlənmış sulfat turşusunun qatılığı yüksək həddə - 65 faizə çatdırılmışdır. Bununla da son məhsulun alınması üçün sulfat turşusunun sərf norması, eyni zamanda məhsulun maya dəyəri aşağı salınmışdır.

Şirkətin və həmin zavodun mütəxəssislərinin birgə texniki yaradıcılıq axtarışlarının nəticəsi olaraq mütləqləşdirilmiş izopropil spirti sexində texnoloji sxemin təkmilləşdirilməsi məqsədi ilə ona yeni rektifikasiya kalonu qoşulmuşdur. Bu isə dünya bazarına çıxarılan qiymətli əmtəəlik məhsulun aromatik xassələrini yaxşılaşdırmış, beynəlxalq standartlara cavab verən yüksək keyfiyyətli məhsul istehsalına səbəb olmuşdur.

Üzvi sintez zavodunun poliefir sexində əvvəllər atmosferə atılan etilen oksidi və propilen oksidi buxarlarının tutularaq çox qiymətli olan etilenqlikol və propilenqlikol qarışığına çevrilməsi, zavodun ərazisində isə yağların regenerasiyası qurğularının istifadəyə verilməsi məhsul istehsalının və onun keyfiyyətinin artımına müsbət təsirini göstərmişdir.

Şirkətin iri müəssisələrindən olan Səthi aktiv maddələr zavodunda kaustik soda istehsalında qiymətli xammal kimi istifadə olunan civənin itkisinin qarşısının alınması üçün də konkret tədbirlər həyata keçirilmişdir. Müəssisənin ərazisində illərlə yığılıb qalmış, tərkibində civə olan çirklənmiş torpaqdan civənin ayrılması və fiziki-kimyəvi üsulla təmizləndikdən sonra yenidən texnoloji prosesə qaytarılması həm xeyli miqdarda civənin təkrarən prosesə qaytarılması ilə məhsuldarlığın artması, həm də ekologiyanın yaxşılaşdırılması baxımından xüsusilə əhəmiyyətli olmuşdur. Diqqətəlayiqdir ki, bu proses müəssisənin öz daxili imkanları hesabına həyata keçirilmişdir və artıq bir neçə ildir ki, uğurla davam etdirilir. Son dövrlərdə bu üsulla 20 tona yaxın civə yenidən elektroliz prosesinə qaytarılmışdır.

Civə ilə çirklənmiş axıntı sularının xüsusi qapalı sisteminin yaradılması isə ümumi zavod kanalizasiyasına civə və civə birləşmələrinin düşməsinin qarşısını birdəfəlik olaraq almışdır. Hazırda bu cür çirklənmiş bütün sular istehsalatda duz məhlulunun hazırlanmasında istifadə edilir.

Etilen-polietilen zavodunda da məhsuldarlığın və keyfiyyətin yüksəldilməsi, xammal və materiallardan qənaətlə istifadə edilməsi sahəsində bir sıra tədbirlər həyata keçirilmişdir. Etilen istehsalatında sərf normasının aşağı salınması və qurğunun iqtisadi göstəricilərinin yaxşılaşdırılması məqsədi ilə əsas avadanlıqdan olan piroliz sobalarına verilən qidalandırıcı suyun hazırlanması şöbəsində yenidənqurma işləri aparılmışdır. Nəticədə yüksək temperatur rejimində işləyən sobaların müvafiq aparatlarının tez-tez sıradan çıxmasının qarşısı alınmış, sobaların istismar müddəti artmışdır.

Digər bir səmərələşdirici təklif üzrə reaktorların katalizatorlarının dəyişdirilməsi sayəsində etilenin tərkibindəki kənar qarışıqların miqdarı azaldılmış, xammal itkisi minimuma endirilmişdir.

Müəssisələrimizdə istehsal həcminin artırılması, alınan məhsulların keyfiyyətinin durmadan yüksəldilməsi ilə yanaşı ekologiyanın yaxşılaşdırılması, ətraf mühitin - atmosferin və biosferin qorunması məsələlərinə də ciddi fikir verilir.

Üzvi sintez zavodunun propilen oksidi istehsalatında yaranan abqazların zərərsizləşdirilməsi, propilenxlorhidrin yarımfabrikatının neytrallaşdırılması məqsədi ilə daha məhsuldar neytrallaşdırıcının, propilen oksidinin dəmiryol çənlərinə doldurulması sahəsində çənlərin nəfəsliklərindən çıxan propilen oksidi buxarlarının tutulması qurğularının quraşdırılması ətraf mühitin çirklənməsinin və aparatların aşınmasının qarşısını xeyli dərəcədə almışdır.

Əhəng südü sexində sobalardan çıxan qazların tərkibində olan tozların tutulması üçün sistemə qoşulmuş siklonların, transformator yağlarının qurudulması üçün nəzərdə tutulmuş yeni qurğunun sayəsində həmin ərazidə ətraf mühitin təmizliyi artırılmışdır.

Kimyaçılar ekoloji təmizliyin və sağlamlığın saxlanıb-qorunmasında müstəsna əhəmiyyətə malik olan yaşıllıqların salınmasına və onların artırılmasına da son illər xüsusi diqqət yetirirlər. Ölkə Prezidentinin 2003-cü il 18 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında meşələrin bərpa edilməsi və artırılmasına dair Milli Proqram”da nəzərdə tutulduğu kimi, sürüşmə ehtimalı olan zonalarda torpaqların eroziyasının qarşısının alınması üçün meşə zolaqlarının, yaşıllıqların salınmasının vacibliyi nəzərə alınmışdır. Kimya müəssisələrinin daxili və ətraf ərazilərində bu baxımdan genişmiqyaslı işlər görülmüş və bu iş artıq daimi xarakter almışdır. Bu günədək 22 hektar ərazidə 42 mindən artıq müxtəlif ağac əkilmiş, onların vaxtaşırı suvarılması üçün həmin ərazilərə ümumi uzunluğu 16 min 680 metr olan su xətti çəkilmişdir.

Bir sözlə, son illər “Azərikimya” Dövlət Şirkəti və onun müəssisələrində istehsalatın genişləndirilməsi, məhsulların həcminin və keyfiyyətinin artırılması ilə yanaşı ekologiya məsələlərinin də diqqət mərkəzində olması kimyaçılarımızın bugünkü və sabahkı uğurlarının, əmək nailiyyətlərinin əsasını təşkil edir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İlmələrdə yaşayan yaddaş: Bakıda beynəlxalq qobelen sərgisi

“Şamaxı”nın yay hazırlıq planı məlum olub

Naxçıvanda insan hüquqlarının qorunmasında vəkilliyin və mediasiyanın rolu müzakirə olunub YENİLƏNİB VİDEO

Naxçıvanda insan hüquqlarının qorunmasında vəkilliyin və mediasiyanın rolu müzakirə olunub YENİLƏNİB VİDEO

Bu saata olan əsas xəbərlər

Böyük Britaniya əmək bazarında tarixi geriləmə - daimi işçi qəbulu kəskin azalıb

Türkiyə kəşfiyyat xidmətinin rəhbəri Qahirədə Qəzza üzrə danışıqlarda iştirak edib

Yeni qaydalar Avropanın hava limanlarında sıxlığı artıra bilər

Azərbaycan ilə Vyetnam arasında məhkəmə və prokurorluq sahələrində əlaqələr genişləndirilir

“Qarabağ” Maksim Medvedev və daha iki mütəxəssislə müqaviləni yeniləyib – EKSKLÜZİV

Deputat: Uşaqların internetdə müdafiəsi ilə bağlı dəyişikliklər cəmiyyətin sifarişidir

Azərbaycan Sloveniyada keçirilən Bled Su Forumunda təmsil olunub

“Bir pəncərə” informasiya sistemi Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika Forumunda təqdim olunub

Si Cinpin Kim Çen Ina güclü dəstək vəd edib

Pakistan 2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştiraka dəvət olunub

Uşaqların rəqəmsal savadlılığının artırılması vacibdir - PSİXOLOQ

ADAU-da aparılmış səmərəlilik auditi çərçivəsində əldə olunan nəticələr diqqətə çatdırılıb

Serbiyanın idman naziri Azərbaycana gəlib

Hacıqabulda baş verən yanğın söndürülüb - YENİLƏNİB VİDEO

Hacıqabulda baş verən yanğın söndürülüb - YENİLƏNİB VİDEO

Türkiyə XİN: Azərbaycan ilə Ermənistan arasında yekun sülh sazişinin imzalanacağını ümid edirik

® “Bakcell” yeni baş icraçı direktor təyinatını elan edib

Veteran futbolçu: Dünya çempionatında Braziliyanı favorit hesab edirəm

Milli Məclisdə ictimai dinləmə: Sosial şəbəkələrlə bağlı yeni qanun layihəsi müzakirə olunub

Bakı Türkoloji Qurultayının 100 illiyi Varşavada qeyd olunub

Maşınqayırma, mexaniki və hidravlik sistemlər sahələrini əhatə edən yeni dövlət standartı qəbul ediləcək

Gürcü politoloq: Orta Dəhliz və enerji əməkdaşlığı regionun gələcəyini müəyyən edən əsas amillərdir

Panama Respublikasının Prezidenti Xose Raul Mulino Kinterodan

Türk ekspert: Azərbaycan-Türkiyə-Gürcüstan əməkdaşlığı Qafqazın gələcək inkişaf modelini müəyyənləşdirir

Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirləri İstanbulda görüşüblər YENİLƏNİB VİDEO

“Şəfa”nın yeni mövsüm üçün hazırlıq planı müəyyənləşib

Roberto Mançini İtaliya millisinin yeni baş məşqçisi olacaq

Cari ilin qalan dövrü ərzində dünya bazarında neft 81-100 dollara satılacaq

Amsterdamda çay üzərində 650 milyon avroya körpü tikiləcək

® “AccessBank” taksi xidməti tenderi elan edir

Daha 10 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib

Niyazinin mənzil-muzeyində “Melodiyaların palitrası” adlı konsert olub

Mustafa Söğüt: Azərbaycanın enerji diplomatiyası ölkəni regionun strateji əməkdaşlıq mərkəzlərindən birinə çevirib

Uşaqların sosial şəbəkələrdə qeydiyyatına yaş məhdudiyyətinin tətbiqi rəqəmsal təhlükəsizliyi gücləndirəcək - ŞƏRH

Qızıl investisiya cəlbediciliyini qismən itirir

“Yüksəliş”in qalibləri “Ədibin Evi”ndə qədim irsimiz və idarəçilik ənənələrini öyrəniblər

Maka Boçorişvili: Gürcüstan, Türkiyə və Azərbaycan birgə əməkdaşlığa nümunədir

İsrail Donald Trampın xahişi ilə İrana hücumları dayandırıb

Bu il övladlığa verilən uşaqların sayı açıqlanıb

Türkiyə, Azərbaycan və Gürcüstan xarici işlər nazirlərinin iştirakı ilə İstanbul Bəyannaməsi qəbul edilib

Nazir: Azərbaycan-Türkiyə-Gürcüstan layihələrinin fəaliyyətində bir gün belə fasilə yaranmayıb

Rəqəmsal platformalar uşaqların təhlükəsizliyi üçün daha çox məsuliyyət daşımalıdır ŞƏRH

Kimya İnstitutunda beynəlxalq seminar: innovativ batareya texnologiyaları

İran hərbçiləri İsrailə qarşı əməliyyatların dayandırıldığını elan ediblər

Qazaxıstan və “Shell” yeraltı sərvətlərin kəşfiyyatı üçün rəqəmsal layihəyə başlayır

“Turan Tovuz”un məşqçisi: CAS-ın qərarının xeyrimizə olacağına inanırıq

Oman yaxınlığında Vaşinqtonun sanksiyaları altında olan tanker vurulub

Elektrik skuterlərdə uşaqların xəsarət alması hallarının artması İsveç həkimlərində narahatlıq doğurur

DİM-də hazırlıq kursları təşkil olunub

“Tekro” Respublika Texniki Olimpiadasının qalibləri mükafatlandırılıb

Azərbaycan üçün süni intellekt sahəsində ən böyük fürsət biznes proseslərinin optimallaşdırılmasıdır - ŞƏRH

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi haqqında Əsasnamənin təsdiq edilməsi haqqında” 2015-ci il 23 iyul tarixli 571 nömrəli, “Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi haqqında” 2018-ci il 19 dekabr tarixli 413 nömrəli, “Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” 2019-cu il 27 iyun tarixli 759 nömrəli və “Elektron kənd təsərrüfatı” informasiya sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 2019-cu il 23 dekabr tarixli 897 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan mətbəxi Salonikidə keçirilən beynəlxalq qida festivalında təqdim olunub

R.M.Fətəliyevin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Üçüncü rübdə yanacağa daha çox ehtiyac yaranır

“Heydər Əliyev məktəbi” layihəsi başa çatıb

Yunis Hüseynov: Millimiz C Liqasına qayıtmaq məcburiyyətindədir

Assosiasiya sədri: Gələcəyin peşələri sürətlə dəyişir

® “GRAND CEO Breakfast” - dövlət və özəl sektorun yeni əməkdaşlıq platforması

İsveçrəlilər əhalinin sayının 10 milyon nəfərlə məhdudlaşdırılmasına səs verəcəklərmi?

Milli Məclisin sədri Vyetnamı Qoşulmama Hərəkatının Parlament Şəbəkəsində fəal iştiraka dəvət edib

Baş nazir Əli Əsədov Vyetnamın Baş prokuroru ilə görüşüb

Coğrafiyaşünas-alim: Yağıntıların artması nəticəsində sürüşmə zonaları genişlənib

Yeni qanun layihəsi uşaqların rəqəmsal təhlükəsizliyinin təmin olunmasına xidmət edir ŞƏRH

Azərbaycan parfümeriya xammalı Fransada: “Lecheq” “SIMPPAR 2026”da

® “Vistar” Mükəmməllik Mərkəzinin üçüncü təlim dalğasına qeydiyyat başlayıb

DİN: Novxanıda gizli narkobunker aşkarlanıb VİDEO

DİN: Novxanıda gizli narkobunker aşkarlanıb VİDEO

Məsud Pezeşkian: İran danışıqlar masasından geri çəkilməyib

Rəşad Rəsullu: İnanıram ki, idmançılarımız Avropa çempionatında Azərbaycan cüdosunun gücünü nümayiş etdirəcəklər VİDEO

Rəşad Rəsullu: İnanıram ki, idmançılarımız Avropa çempionatında Azərbaycan cüdosunun gücünü nümayiş etdirəcəklər VİDEO

BŞTİ: Məktəblilərə insan hüquqları və hüquqi dövlət prinsipləri aşılanır

Maka Boçorişvili: Azərbaycanla Ermənistan arasındakı müsbət dinamika regionda sülhə xidmət edəcək

Bəzi dağlıq və dağətəyi rayonlarda yağıntılı hava şəraiti davam edəcək – XƏBƏRDARLIQ

Mayda elektrik enerjisi istehsalının 33 faizi bərpaolunan mənbələrin payına düşüb

ADY: Ötən ay 1,6 milyon tondan çox yük daşınıb

Goranboyda yol qəzası zamanı 2 nəfər ölüb, 3-ü xəsarət alıb

Hakan Fidan: Türkiyə-Ermənistan normallaşma prosesi Azərbaycanla sıx koordinasiya şəraitində davam edir

Qlobal mənzil böhranı artıq gələcəyin deyil, bu günün problemidir - ŞƏRH

Britaniya dövlət borcunun artım tempinə görə dünyada ikinci yerdədir

AMEA-da akademik Vəli Axundovun 110 illik yubileyi qeyd olunub

Böyük Britaniyanın Baş naziri 16 yaşdan kiçik uşaqlar üçün “zərərli” sosial medianı qadağan edəcək

Azərbaycanda bu günə qədər 888 uşaq övladlığa verilib

Avropa İttifaqı İrana qarşı yeni sanksiya tətbiq edib

BMU-da Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbər heyəti ilə görüş olub

Vyetnamın Baş prokurorunun rəhbərlik etdiyi nümayəndə heyəti Bakıya işgüzar səfərə gəlib

® FIFA 2026 finalını yerində izləmək fürsəti sahibinə təqdim edilib – “Birbank” və “Visa”nın kampaniyası yekunlaşıb

İraq hava məkanını uçuşlar üçün yenidən açıb

Papa XIV Leo: Dünya dərin mənəvi və mədəni böhran yaşayır

Danimarka ilə iqtisadi əməkdaşlığın inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb

Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin 14 milyon manatı vətəndaşlara qaytarılıb

İran İsrailə qarşı hərbi əməliyyatların dayandırıldığını açıqlayıb

Dilçilik İnstitutunun şöbələri yarımillik hesabat verib

Abaşidze: Azərbaycan-Gürcüstan-Türkiyə əməkdaşlığı regionun strateji əhəmiyyətini daha da artırır

Ədliyyə Nazirliyinin nümayəndə heyəti Pakistanda beynəlxalq təlim proqramında iştirak edib

Dövlət icra məmuru vəzifəsinə qəbul olunmaq istəyən şəxslər iyulun 12-də test imtahanı verəcəklər

Britaniyada uşaqlara internet üzərindən açıq-saçıq görüntülərin göndərilməsinin qarşısı alınır

Naxçıvanda lisey və gimnaziyaların 7-ci sinfinə şagird qəbulu başlayır

Ölkəmizdə ukraynalı uşaqlara reabilitasiya xidmətləri göstərilir