“Azəriqaz” İB-də növbəti “açıq mətbuat saatı” keçirilmişdir
Bakı, 13 may (AZƏRTAC). Mayın 13-də “Azəriqaz” İstehsalat Birliyində (İB) növbəti “açıq mətbuat saatı” keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, tədbirdə İB-in rejimlərə nəzarət və mərkəzi dispetçer şöbəsinin mühəndisi Rasim Əhmədov qaz sərfiyyatının və təzyiqinin idarə edilməsi, təbii qazdan istifadə zamanı yarana biləcək arzuolunmaz hadisələr barədə məlumatların qəbulu, qəbul edilmiş məlumatların operativ şəkildə həll edilməsi və işlərin təşkili ilə bağlı, o cümlədən əhali kateqoriyasından olan abunəçiləri narahat edən digər sualları cavablandırmışdır.
R.Əhmədov jurnalistlərə bildirmişdir ki, əsas məqsəd əhali ilə sıx təmasda olub, qarşıya çıxan problemlərin həll edilməsi üçün lazımi tədbirlər görməkdir. Qəbul olunan zənglər arasında əsasən qazlaşdırma və qazın təzyiqinin aşağı olması ilə bağlı müraciətlər çoxluq təşkil edir. Müraciətlər əsasən respublikanın müxtəlif bölgələrindən, daha çox isə Bakıdan və ətraf qəsəbələrdən olur. Bunlar İB tərəfindən qeydə alınaraq araşdırılır və yerində həll olunur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]