İQTİSADİYYAT
“Azəriqaz”ın baş direktoru vətəndaşlarla telefon bağlantısı da quracaq
![“Azəriqaz”ın baş direktoru vətəndaşlarla telefon bağlantısı da quracaq](/files/2021/2/1200x630/16261615942172259705_1200x630.jpg)
Bakı, 13 iyul, AZƏRTAC
Sosial şəbəkə üzərindən daxil olan müraciətlərə xüsusi diqqət ayıran “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev feysbuk üzərindən ona müraciət edən vətəndaşlarla bundan sonra telefon bağlantısı da quracaq.
Birlikdən AZƏRTAC-a bildirilib ki, bununla da onların problemlərinin daha operativ həllinə çalışılacaq. Artıq neçə gündür ki, bu təşəbbüsə başlanılıb. Telefon danışığı zamanı baş direktor birliyin müvafiq struktur rəhbərlərini də qrup zənginə qoşaraq ünvanlanan müraciətlərin qısa müddət ərzində həllini tapması ilə bağlı qeydə alınan müraciətlərin icrasının nə yerdə olması ilə də maraqlanır. Bununla da, qrup zənglərə qoşulmaq struktur rəhbərlərini vətəndaş müraciətlərinə məsuliyyətlə yanaşmağa vadar edəcək.
“Vətəndaşların problemlərinin daha operativ şəkildə həllini tapması üçün bundan sonra gün ərzində ayrı-ayrı saatlarda “Azəriqaz” İB-nin baş direktoru Ruslan Əliyevin zənglərini qəbul edəcəksiniz. Belə zənglər zamanı fikirlərinizi sərbəst səsləndirməkdən çəkinməyin”, - deyə “Azəriqaz”ın məlumatında qeyd olunur.