İQTİSADİYYAT
“Azərkosmos” və “TÜBİTAK UZAY”-ın mütəxəssisləri qarşılıqlı təcrübə mübadiləsi aparıblar
Bakı, 13 iyun, AZƏRTAC
Türkiyənin Kosmik Texnologiyalar Araşdırma İnstitutunun (Uzay Teknolojileri Araştırma Enstitüsü - TÜBİTAK UZAY) bir qrup əməkdaşı “Azərkosmos” ASC-də təlim proqramında iştirak edib.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən AZƏRTAC-a bildirilib ki, qarşılıqlı təcrübə mübadiləsi çərçivəsində keçirilən təlimdə həm “Azərkosmos”, həm də “TÜBİTAK UZAY”ın mütəxəssisləri təcrübənin faydalı olduğunu, gələcəkdə də bu kimi təcrübə mübadiləsinin davam etdirilməsinin zəruriliyini vurğulayıblar.